Respublika Veteranlar Şurasının II plenumu keçirilib
29.01.2014 [09:01]
Yanvarın 28-də Respublika Veteranlar Şurasının II plenumu keçirilib.
AzərTAc xəbər verir ki, plenumda əvvəlcə təşkilati məsələlərə baxılıb. General-mayor Dadaş Rzayev yekdilliklə Veteranlar Şurasının sədri seçilib.
Plenumda çıxış edən D.Rzayev torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu bir vaxtda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə diqqətin daha da artırılmasının önəmini vurğulayıb.
Sonra Veteranlar Şurasının hərbi vətənpərvərlik komissiyasının sədri Cəlil Xəlilovun Şura sədrinin hərbi vətənpərvərlik məsələləri üzrə müavini vəzifəsinə namizədliyi səsə qoyulub və yekdilliklə qəbul edilib. Bundan başqa, Şuranın Rəyasət Heyətinə 11 yeni üzv seçilib.
Daha sonra Veteranlar Şurası sədrinin birinci müavini Surxay Tağızadə qurumun V qurultayından sonra görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Qeyd edilib ki, ötən dövrdə Veteranlar Şurasının Rəyasət Heyətinin səkkiz iclası keçirilib, bu iclaslarda müxtəlif məsələlər müzakirə olunub. Həmçinin, Veteranlar Şurasının aparatında bir sıra struktur dəyişiklikləri edilib, müharibə və silahlı qüvvələr veteranları, təşkilat və analitik informasiya bölmələri yaradılıb. Eyni zamanda, “Veteranların qayğıkeşi” diplomu təsis edilib.
Hesabat məruzəsində V qurultayda Veteranlar Şurasının qarşısına qoyulan vəzifələrin də layiqincə yerinə yetirildiyi vurğulanıb.
Digər çıxış edənlər ölkəmizdə veteranlara və onların ailələrinə göstərilən dövlət qayğısından danışıblar. Veteranların bundan sonra da gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində fəal iştirak edəcəklərinə əminlik ifadə olunub.
Sonda ölkənin ictimai-siyasi həyatında göstərdikləri fəallığa görə Veteranlar Şurasının bir qrup üzvünə diplomlar təqdim edilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev plenumda iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

