Ünvanlı dövlət sosial yardımının təyini ilin sonuna kimi avtomatlaşdırılacaq
12.02.2014 [09:26]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri səfir xanım Malena Mardı ilə görüş keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri səfir xanım Malena Mardı ilə görüş keçirilib. Görüşdə çıxış edən Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara toxunub. “Bu islahatlar nəticəsində ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına nail olunmuş, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilmişdir” - deyən S.Müslümov ölkəmizin artıq yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyduğunu və ölkə rəhbərliyi tərəfindən bu məqsədlə prioritetlərin müəyyən edildiyini, hər bir sahə üzrə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyini vurğulayıb: “Ölkəmizdə sosialyönümlü iqtisadi siyasət həyata keçirildiyindən və hər zaman sosial sahəyə xüsusi önəm verildiyindən bizim də qarşımızda mühüm vəzifələr qoyulub. Başlıca məqsədimiz inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaraq ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin qurulmasıdır”.
S.Müslümov nazirliyin fəaliyyət sahələri üzrə ciddi islahatların həyata keçiriləcəyini diqqətə çatdırıb. “Nəzərdə tutulan institusional islahatlar və qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində şəffaflığın təmin olunması daha da reallaşacaq, əhaliyə göstərilən xidmətlər daha keyfiyyətli və əlçatan olacaq” - deyə, nazir bildirib. S.Müslümov əmək və əməkhaqqı siyasəti, məşğulluq və demoqrafiya, ünvanlı dövlət sosial yardımı, müavinətlər, əlilliyin təyini, müxtəlif sosial xidmətlər sahələrində görüləcək işlər barədə ətraflı məlumat verib. Eyni zamanda, nazir ünvanlı dövlət sosial yardımının təyininin avtomatlaşdırılması istiqamətində görülən işlərdən danışıb və bu ilin sonuna kimi prosesin yekunlaşdırılmasının qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu deyib.
Öz növbəsində xanım Malena Mard həyata keçiriləcək islahatların onlarda böyük maraq doğurduğunu və təmsil etdiyi qurumun ƏƏSMN ilə əməkdaşlığı daha da gücləndirmək niyyətində olduğunu vurğulayıb.
Görüşdə Avropa İttifaqı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47

