Türk Hava Yolları yeni xidmət təkliflərilə öz müştərilərini sevindirir
20.02.2014 [09:17]
Türk Hava Yollarının dünyaya açılan qapısı hesab edilən İstanbulda özəl sərnişin salonu “Turkish Airlines Lounge İstanbul” genişlədirilərək, tətbiq etdiyi yeniliklərlə ən yüksək xidmət standartlarını belə geridə qoyur. Xidmət sahəsində dünya standartlarını müəyyən edən Türk Hava Yolları bu sektorda dünyanın ən tanınmış mükafatlarına layiq görülür. Türk Hava Yolları müştəri məmnuniyyətini əsas tutaraq sərnişinlərinin rahatlığı üçün yeni xidmət təkliflərilə öz müştərilərini sevindirir.
Atatürk Hava limanı xarici xətlər gediş terminalında xidmət göstərən “Turkish Airlines Lounge İstanbul” genişləndirilib və yenilənərək sərnişinlərin istifadəsinə verilib. İnkişaf etmiş fərqli xidmət anlayışı ilə kəşf etməyi sevən müştərilərinə əyləncəli səyahət yaşatmağa çalışan Türk Hava Yolları özəl sərnişin salonu ilə hava limanı xidmətlərinə rəng qatacaq. Dünyanın ən yaxşı 10 sərnişin salonundan biri olan “Lounge İstanbul”un müasir və eyni zamanda, ənənəvi dizaynının əsas xüsusiyyətlərini qoruyan yeni bölmələri ilə onluğun ən güclü namizədi olacağı gözlənilir. Yenilənməsi cəmi 2,5 ay ərzində başa çatan salonun 3500 m2-lik əvvəlki ərazisində 2400 m2-lik yeni ərazi əlavə edilib. Eyni vaxtda 1030 müştərinin xidmətindən istifadə edə biləcəyi salon həm sakit, həm də əyləncəli vaxt keçirmək istəyənlər üçün əvəzsiz yerdir. Zəngin çeşidli xidmətlərinə dincəlmək üçün xüsusi məkan, uşaqlar üçün oyun meydanı, kitabxana, bilyard zalı, məscid, telekonfrans zalı, masaj xidməti daxildir.
Dördkünc salonun tam ortasından sizi fərqli xidmətlərin təklif edildiyi ikinci mərtəbəyə aparan spiralvari pilləkənlər Türk Hava Yollarının fərqlilikləri birləşdirən özəlliyini özündə əks edir. Sərnişinlər birinci mərtəbə ilə ikinci mərətəbəni biləşdirən pilləkənlərin orta boşluğunda quraşdırılmış fərqli dekorasiyası ilə küçə görüntüsünü canlandıran çay bağçasında rahat dincələrək türk simit və çayının birgə ləzzətini yaşayacaqlar.
Osmanlı və Səlcuq memarlığının əsas xüsusiyyəti hesab edilən portiklərlə təchiz edilmiş “Turkish Airlines Lounge İstanbul”un hər bölümündə qonaqları təəccübləndirəcək xidmətlər var. Miniatür İstanbul prototipi üzərində maşın yarışı həyəcanı yaşaya biləcəyiniz yarış treki və digər oyun platformaları sizə uçuşdan əvvəl gözləmə zamanını arzuladığınız şəkildə dəyərləndirmək imkanı yaradacaq.
Əyləncəli vaxt keçirmək üçün hava limanına erkən gələn sərnişinlərə rahatlığın qapısını açan “Turkish Airlines Lounge İstanbul”un digər inanılmaz xidməti isə son texnologiya əsasında yaradılmış qolf simulatorudur. Son illərdə qolf idman növünə sponsorluq etməklə onun inkişafına dəstək verən Türk Hava Yolları “Turkish Airlines Open” turnirinin sponsorluğundan aldığı ilhamla sərnişinlərinə uçuşdan əvvəl interaktiv simulatorda qolf həyəcanı yaşadacaq.
Genişləndirilmiş salonda müxtəlif oyun və canlı performansların təqdimatına imkan verən geniş səhnə qonaqlara yenilik və fərqliliyin qovuşduğu atmosferdə sürprizlər hazırlayacaq.
Türk və dünya mətbəxindən nəfis təamlarını qonaqlarına təqdim edən Türk Hava Yollarının özəl sərnişin salonunda Vyananın məşhur Demel şirniyyat evinin yeni şirniyyatlarını dada biləcəksiniz. Eyni zamanda, dadlı mantı və közləmə kimi hər ay fərqli bölgələrə aid spesifik yeməklərin təqdim edildiyi hissə, xüsusi fırından yeni çıxmış Türk pidesi və digər məşhur türk xəmir xörəklərinin təqdim edildiyi hissə, zəngin meyvə çeşidləri, salatlar, çərəzlər əcnəbilərə Türk qonaqpərvərliyini nümayiş etdirəcək.
Havayolu xidmətinə yeni ləzzət qatan TURKISH DO&CO Türk Hava Yollarının özəl sərnişin salonu “Turkish Airlines İstanbul Lounge”un idarəçiliyini də öz üzərinə götürəcək.
Türk Hava Yollarının Azərbaycanla bağlı yeniliklərini “Facebook”da “Turkish Airlines Azerbaijan” səhifəsindən izləyə bilərsiniz.
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

