Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
23.08.2026 [16:57]
Dünya ictimaiyyəti hər il avqustun 23-də Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi və Bu Alverin Qadağan Edilməsi Gününü qeyd edir.
AZƏRTAC xəbər verir ki, bu tarix 1998-ci ildə UNESCO-nun İcraiyyə Şurasının 150-ci sessiyasının tövsiyəsi ilə təsis edilib. Həmin gün 1791-ci ildə San-Dominqo adasında (indiki Haiti və Dominikan Respublikası) baş vermiş və köləlik sisteminin ləğvi prosesinin başlanğıcını qoymuş qul üsyanının ildönümünə təsadüf edir. UNESCO Birləşmiş Millətlər Təşkilatına üzv dövlətləri bu tarixlə bağlı xatirə tədbirlərində iştirak etməyə çağırır.
III minilliyin əvvəllərində ABŞ-nin Ohayo ştatının hakimiyyət orqanları Qul Alveri Qurbanlarının Xatirəsi və Bu Alverin Qadağan Edilməsi Gününə həsr olunmuş köləlik tarixi muzeyinin açılışını keçiriblər. 2007-ci il avqustun 23-də Liverpulda əsasən transatlantik qul ticarətinə həsr olunmuş Beynəlxalq Köləlik Muzeyi açılıb. Seneqal sahillərində yerləşən və vaxtilə qul tacirləri üçün əsas tranzit məntəqələrindən biri olmuş Qore adasında isə hər il qul ticarətinin qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilir.
Köləlik insanın qul sahibinin mülkiyyəti hesab edildiyi ən qəddar istismar formasıdır. XIX əsrin sonlarınadək geniş yayılmış köləlik bəşər tarixinin misilsiz faciəsi və ən qaranlıq səhifələrindən biri hesab olunur. Ekspertlərə görə, XV–XIX əsrlər ərzində təxminən 13 milyon insan əsir götürülərək köləliyə satılıb.
Bu gün dünya ictimaiyyəti yalnız 1791-ci ildə baş vermiş tarixi hadisələri xatırlamır, həmçinin bütün dünyada qul ticarətinin və köləliyin aradan qaldırılması prosesinin başlanmasına töhfə vermiş insanların xatirəsini ehtiramla yad edir.
Köləlik ləğv edilsə və beynəlxalq səviyyədə pislənsə də, bu hal bu gün də yeni formalarda mövcuddur və milyonlarla insana təsir göstərir. BMT-nin məlumatına görə, hər il əsasən qadınlar və uşaqlar aldadılma və zorakılıq yolu ilə insan alverinin qurbanına çevrilir, “canlı əmtəə” kimi istismar olunurlar. İnsan alverindən əldə edilən illik gəlir isə 150 milyard dollar təşkil edir ki, bu da dünyada qanunsuz gəlirlərin ən böyük mənbələrindən biridir.
“Yeni qul ticarəti” müasir dövrün ən ciddi və genişmiqyaslı problemlərindən birinə çevrilib.
Bəzi ölkələr köləlikdən azad edilməyə həsr olunmuş milli bayramlar da qeyd edirlər. Məsələn, Yamaykada avqustun 1-i Emansipasiya Günü kimi qeyd olunur.
Xəbər lenti
Hamısına baxElm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55

