Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22.08.2026 [23:58]

Britaniya Baş nazirinin iqamətgahında yaşayan məşhur pişik Larrinin ölüm xəbəri təsdiqini tapmayıb.

AZƏRTAC xəbər verir ki, iddia onun X sosial media hesabında Mark Tvenə məxsus sitatla təkzib olunub.

"Ölümümlə bağlı şayiələr çox şişirdilib...", - deyə paylaşımda bildirilib.

X sosial şəbəkəsinin “Politics UK” hesabında əvvəlcə Larrinin ölümü ilə bağlı məlumat yayılıb. Daha sonra paylaşım silinib, informasiyanın yalan olduğu və əvvəllər haker hücumuna məruz qalan mənbə tərəfindən yayıldığı üzə çıxıb.

Qeyd edək ki, Larri 2011-ci ildən Britaniya Baş nazirinin iqamətgahında yaşayır. Bu müddət ərzində o, 6 baş nazirin - Devid Kemeron, Tereza Mey, Boris Conson, Liz Trass, Rişi Sunak və Kir Starmerin hakimiyyət dəyişikliyinin şahidi olub. Larri sığınacaqdan götürülüb və Nazirlər Kabinetində rəsmi olaraq baş siçan ovçusu vəzifəsini tutur. Onun “Facebook” səhifəsində tez-tez Britaniya siyasətçilərinə istinad edən istehzalı paylaşımlar dərc olunur.

Paylaş:
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31