Psixoloq: Fobiya insanın gündəlik həyatına ciddi təsir göstərə bilər
24.08.2026 [16:42]
Fobiyaların yaranması müxtəlif psixoloji və bioloji amillərin təsiri ilə baş verir. Çox vaxt bu amillər insanın keçmiş təcrübəsi, emosional yaddaşı və tərbiyə mühiti ilə əlaqəli olur. Ən əsas səbəblərdən biri travmatik hadisələrdir. İnsan keçmişdə qorxulu və ya təhlükəli bir hadisə yaşadıqda həmin hadisə şüuraltında güclü iz buraxa bilər. Bu iz zaman keçdikcə müəyyən obyektə və ya vəziyyətə qarşı davamlı qorxu reaksiyasına çevrilə bilər. Məsələn, uşaqlıqda it tərəfindən dişlənmiş uşaq böyüdükdə itlərdən qorxa bilər. Beyin həmin hadisəni təhlükə kimi yadda saxlayır və oxşar vəziyyətlərdə eyni qorxu reaksiyasını yaradır. Digər səbəb isə öyrənilmiş qorxudur. İnsan bəzən qorxunu öz təcrübəsi ilə deyil, başqalarının davranışını müşahidə etməklə də öyrənə bilər. Məsələn, valideyn daim uşağa “qaranlıq təhlükəlidir”, “it yaxınlaşsa dişləyər” kimi xəbərdarlıqlar edərsə, uşaq bu fikirləri həqiqət kimi qəbul edə bilər. Bəzən isə fobiya insanın düşüncə prosesindən yaranır. İnsan müəyyən hadisə haqqında mənfi ssenarilər qurur və bu ssenarilər zamanla qorxu reaksiyasını gücləndirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Lalə Nəzərova səsləndirib.
O bildirib ki, fobiya insanın gündəlik həyatına müxtəlif formalarda təsir göstərə bilər: “Ən çox müşahidə olunan təsir insanın qorxduğu vəziyyətlərdən qaçmağa çalışmasıdır. Məsələn, uçuş fobiyası olan bir insan təyyarə ilə səyahət etməkdən imtina edə bilər. Bu isə onun həm şəxsi, həm də peşəkar həyatına təsir edər. Sosial fobiya yaşayan insanlar isə ictimai mühitdə danışmaqdan çəkinirlər. Onlar çıxış etməkdən, yeni insanlarla tanış olmaqdan və öz fikirlərini açıq ifadə etməkdən qorxurlar. Belə insanlar tez-tez başqalarının onları tənqid edəcəyini və ya güləcəyini düşünürlər. Uzun müddət davam edən fobiyalar insanın özünə inamını azalda və sosial münasibətlərini zəiflədə bilər”.
L.Nəzərova qeyd edib ki, fobiya zamanı insanın beynində təhlükə ilə bağlı mexanizmlər aktivləşir. Bu prosesdə beynin qorxu reaksiyalarını idarə edən hissələri mühüm rol oynayır. “Beyin təhlükə siqnalı aldıqda bədən “qaç və ya döyüş” reaksiyasına hazırlaşır. Bu zaman ürək döyüntüsü sürətlənir, nəfəs tezləşir və əzələlər gərilir. Bu reaksiyalar real təhlükə zamanı insanı qorumağa kömək edir. Lakin fobiya zamanı bu mexanizm real təhlükə olmadığı haldа belə aktivləşir. Məsələn, lift fobiyası olan insan liftdə qalanda sanki təhlükəli vəziyyətdəymiş kimi, panik hiss edə bilər”, - deyə o əlavə edib.
Fobiyaların müalicəsindən danışan mütəxəssis bildirib ki, müasir psixologiyada fobiyalar müalicə edilə bilən problemlərdən biri hesab olunur. Ən effektiv üsullardan biri ekspozisiya (üzləşdirmə) terapiyasıdır: “Bu üsulda insan qorxduğu vəziyyətlə tədricən qarşılaşır. Məsələn, itə qarşı fobiyası olan insan əvvəlcə it şəkillərinə baxır, sonra uzaqdan itləri müşahidə edir və daha sonra onlara yaxınlaşmağa başlayır. Digər üsul isə koqnitiv-davranış terapiyasıdır. Bu terapiyada insanın qorxu ilə bağlı düşüncə tərzi dəyişdirilir. Fobiya insan psixikasında yaranan güclü qorxu reaksiyasıdır və bəzən insanın gündəlik həyatına ciddi təsir göstərə bilər. Lakin bu vəziyyət insanın zəifliyi deyil, psixoloji mexanizmlərin nəticəsidir. İnsan beyni təhlükəni bəzən olduğundan daha böyük qəbul edə bilir və bu zaman qorxu davranışa nəzarət etməyə başlayır. Müasir psixologiya göstərir ki, düzgün yanaşma və psixoloji dəstək vasitəsilə fobiyalar aradan qaldırıla bilən problemlər sırasına daxildir. İnsan öz qorxusunun səbəblərini anladıqca və onunla mərhələli şəkildə üzləşməyi öyrəndikcə həyat daha az məhdudiyyətlə davam edir, psixoloji rahatlıq tədricən bərpa olunur”.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

