Odlar Yurdunun Od Çərşənbəsi
04.03.2014 [09:35]
Yurdumuza Bahar gəlir-xalqımız Novruz bayramını qeyd etməyə hazırlaşır
Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-də, Bakı vaxtı ilə təxminən saat 20:57 radələrində baş verəcək. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev əməkdaşımızla söhbətində deyib ki, həmin gün Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq və şimal yarımkürəsində astronomik bahar başlayacaq.
Odur ki, ötən həftədən başlayaraq baharın müjdəçisi olan Novruz çərşənbələri qeyd edilir. Beləliklə, fevralın 25-də ölkəmizdə, eləcə də, bütün Türk dünyasında ilk çərşənbə-Su Çərşənbəsi qeyd edildi. Bu gün isə Novruz çərşənbələrindən ikincisi - Od Çərşənbəsidir.
Hər bir xalqın tarixində müxtəlif bayramlar, el şənlikləri olub. Onlardan bəziləri xalqa yad müəyyən bir ideologiya ilə bağlı olduğundan zaman keçdikcə unudulub, yaddaşlardan silinib. Yalnız o bayramlar əsrlərin sınağından keçib ki, onların əsasında humanist milli və bəşəri ideyalar dayanıb.
Yüzillərdən bəri yol gələn, çoxlu müqavimətlərə, dəyişmələrə məruz qalan Novruz bayramı da ötən müddətdə türk ruhunun özünəməxsusluğunu qoruyub saxlaya bilib. Novruzda qədimliyimizin bütün çalarları var. Məhz bu səbəbdəndir ki, tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşanıb. Folklorşünaslar yazır ki, çox qədim zamanlardan başlayaraq dünya xalqlarının bir çoxu yazın gəlməsini, təbiətin oyanmasını, əkin işlərinin başlanmasını bahar bayramı kimi qeyd ediblər. Bu münasibətlə şənliklər keçirilib, onu yeni ilin başlanğıcı kimi qarşılayıblar. Qədim türk tayfaları isə Novruz bayramını hər il martın 21-də qeyd ediblər. Bu isə yaz gecə-gündüz bərabərliyinə təsadüf edib.
Əslində, ulu babalarımızdan bu günümüzədək gəlib çatan Novruz inanclarının əsasında İnsana, Təbiətə həyat verən dörd ünsür-Su, Od, Yel (hava) və Torpaq dayanır. Odur ki, əcdadlarımız Novruz şənliklərini təzə ilin başlanmasına, yəni martın 21-nə dörd həftə qalmışdan keçirməyə başlayıblar. İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılıb və həmin ayın hər çərşənbəsi təbiətin bir ünsürü ilə əlaqələndirilib. Beləliklə, Su Çərşənbəsi, Od Çərşənbəsi, Yel Çərşənbəsi və Torpaq Çərşənbəsi meydana gəlib. İlaxır çərşənbələrinin ikincisi- Od Çərşənbəsidir. Buna xalq arasında “İkinci çərşənbə” və ya “Üsgü çərşənbə” də deyilir. Od Çərşənbəsi qədimdə xalqımızın Günəşə, odu saxlayıb, qorumağın vacibliyinə inamı ilə bağlıdır. Od Çərşənbəsində odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd ediblər. Əski türk inanclarına görə, odu insanlar ilk olaraq ağac gövdəsinin dibindən əldə ediblər. Hələ qədimdən xalqımızın Günəşə, oda böyük inamı olub. Bu səbəbdən də odu qoruyub saxlamaq bir növ adətə çevrilib. Əcdadlarımız odu, bir qayda olaraq, ağacın koğuşunda qoruyarlarmış. Qədimlərdə ocağın, odun əldə edilməsi ilə ailənin təməlinin qoyulmasına, insanların ev tikməyi öyrənməsinə inamı böyük olub. Folklorşünasların qənaətinə görə, atəşpərəstlər də “Müqəddəs od”u insanlara ağacların verdiyinə inanarmışlar. Ulu babalarımız bunun şərəfinə şənliklər də keçirərmişlər.
İnanclara görə, Od Çərşənbəsi günü, gün doğanda dünyaya gələn uşaq göyçək, pəhləvan olar. Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içiblər. Alqış və qarğışlarda belə, odu köməyə çağırıblar. Məsələn, “Od haqqı”, “Oda düşəsən,” “Ocağın odlu olsun”, “Ocağın qazan görməsin” və s. Ümumiyyətlə, bütün çərşənbələrdə od aparıcı motivdir. Bu, od amilinin Novruzun mahiyyətində durmasına ən gözəl sübutdur.
El arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan İlaxır çərşənbələrinin üçüncüsü-Yel Çərşənbəsi martın 11-də, sonuncu çərşənbə-Torpaq Çərşənbəsi isə martın 18-də qeyd olunacaq.
Çərşənbələriniz, eləcə də, qarşıdan gələn Novruz bayramınız mübarək! Qoy bu bayram ölkəmizə bolluq, firavanlıq, sülh və əmin-amanlıq gətirsin...
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

