Ulu öndərin şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir
04.03.2014 [09:46]
“Bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr etmiş Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng işlər Ona tariximizin yaddaşına əbədi həkk olunmaq, Öz xalqının qəlbində əbədi yaşamaq səadəti bəxş edib. Bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir”.
AzərTAc xəbər verir ki, bu fikirləri Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə Oğuz rayonunda ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə keçirilən açıq dərsin gedişində tarix müəllimi, “Ən yaxşı müəllim” respublika müsabiqəsinin qalibi Dilguşə Rəhimova mövzu ilə bağlı tezislərində səsləndirib.
“Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusuna həsr olunan növbəti açıq dərsdə rayonun Sincan, Tərkeş, Xaçmaz, Xaçmazqışlaq kəndləri tam orta məktəblərinin, habelə rayonda fəaliyyət göstərən Xocalı rayonunun Qaragav kənd məktəbinin XI sinif şagirdləri iştirak ediblər. Açıq dərsin gedişini, həmçinin rayon icra hakimiyyətinin, təhsil şöbəsinin rəhbər işçiləri, məktəb direktorları izləyiblər.
Açıq dərsdə şagirdlərə Ulu öndər Heydər Əliyevin Azərbaycanda bazar iqtisadiyyatına keçidi şərtləndirən fəaliyyəti, ölkəmizdə özəlləşdirmənin həyata keçirilməsi, sahibkarlığın inkişafına dair Dövlət Proqramının qəbul olunması, “Heydər Əliyev milli neft strategiyasının yaradıcısıdır”, neftin Azərbaycan iqtisadiyyatının inkişafında rolu, Ulu öndərin siyasi uzaqgörənliyi və gərgin zəhməti sayəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə milli neft strategiyasının əsasının qoyulması və digər məsələlər barədə əsaslandırılmış məlumatlar verilib.
Tədris prosesində şagirdlər Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə aid sərgi və guşələrlə də tanış olublar.
Əvvəlcədən tərtib edilmiş cədvəl əsasında müəyyən olunmuş mövzular üzrə keçirilən və mayın sonunadək davam edəcək açıq dərslərdə Oğuz rayonunun 28 tam orta məktəbində təhsil alan 481 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulur. İndiyədək keçirilən dərslərdə 334 şagird iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

