Dünyanın tanınmış SPA Brendi -ESPA Cənubi Qafqazda ilk dəfə Azərbaycanda açıldı
18.03.2014 [11:30]
Müasir Bakının yeni rəmzlərindən birinə çevrilən Alov Qüllələri-«Fairmont Baku» mehmanxanasında SPA mərkəzi fəaliyyətə başlayıb. Dünyanın tanınmış brendi olan ESPA Cənubi Qafqaz regionunda ilk dəfə olaraq Bakıda fəaliyyətə başlayıb. İki mərtəbədə yerləşən və 3500 kv.m sahəni əhatə edən mərkəz indiyədək paytaxta istifadəyə verilən ən böyük SPA mərkəzidir.
“Bakının modern simvoluna çevrilmiş Alov Qüllələrində- «Fairmont Bakı» otelində yerləşən ESPA spa mərkəzi Azərbaycandakı birinci brend spa salonumuzdur. HBA Atlantada Pierre Josselin tərəfindən dizayn edilmiş ESPA xüsusi sifarişlə hazırlanmış mozaik hovuz döşəməsi və isti aneqri parketindən tutmuş dizaynda istifadə olunmuş qırmızının göz oxşayan çalarlarınadək özündə dəbdəbəni və eleqantlığı təcəssüm etdirir. Geniş günəş terraslı və hovuzkənarı saunalı «Sky Garden»dən açılan nəfəskəsici Xəzər dənizi mənzərəsi qonaqlara mükəmməl spa effekti bəxş edir”,-deyə ESPA-nın baş icraçı direktoru və təsisçisi Sue Hamsworth bildirir.
Onun sözlərinə görə, Bakının əbədi məşəllərindən ilhamlanmış alov formalı heyrətamiz bu qüllələr şəhərə xüsusi yaraşıq verir. Odur ki, SPA mərkəzini də məhz bu mehmanxanada açmaq qərarına gəliblər. İki mərtəbəni əhatə edən mərkəzinin hər biri özünəməxsus tərzdə dekor edilib, aşağı mərtəbədə bərpa və hər növ fəaliyyətlər, yuxarı mərtəbədə isə passiv fəaliyyət- istirahət və bədənin bərpası üçün nəzərdə tutulub. İsti kəhrəba və bürüncün zəngin tonları, gözəçarpan materiallar və büllur elementlər mərkəzdə qeyri-adi bir fon yaradır. Xəzər dənizinin məftunedici mənzərəsinə açılan SPA mərkəzdə həmçinin regionun ən böyük hamamı yerləşir.
Mərkəzin ən böyük özəlliklərindən biri də odur ki, burada qadınlar və kişilər üçün ayrı-ayrı girişlər mövcuddur və mərkəzdə istirahət edərkən,onlar demək olar ki, bir-birlərini heç görmürlər.
“Alovun kəhrəbaya bənzər rənglərindən ilhamlanaraq isti və rahatladıcı bir mühit yaratdıq. Hər iki mərtəbədə zəngin və təbii materiallardan istifadə edərək birinci mərtəbəyə parlaq və təravətli toxunuşların vəhdətini, passiv mərtəbəyə isə SPA təcrübəsinə uyğun olaraq daha tünd, daha yumuşaq və dəyişkən əhval verdik”, deyə mərkəzin interyer dizayneri Pierre Josselin(Atlanta) bildirib.
Qeyd edək ki, SPA sektorunda dünyada lider olan ESPA brendi daha çox təbii məhsullardan hazırlanan məhsulları ilə məşhurdur. Dünyanın beş qitəsində ESPA-nın mərkəzlərinə rast gəlmək mümükündür. Şirkətin mərkəzi qərargahı Londonda yerləşir.
Öz sahəsində nüfuz sahibi olan ESPA dünyanın ən möhtəşəm SPA mərkəzlərini yaratmaq üçün lüks otel zəncirləri, əmlak şirkətləri və sahibkarlarla tərəfdaşlıq etməkdən və eyni zamanda məhsullarını Birləşmiş Krallıqda istehsal edən Britaniya şirəti olmaqdan qürur duyur. ESPA məhsulları unikal olduqları qədər də effektivdir, onlar hər gün dünyanın 55 ölkəsində yüksək təlimli və olduqca peşəkar terapistlər şəbəkəsi tərəfindən tətbiq olunur. ESPA-nın mükafatlara layiq görülmüş, nəticələrə əsaslanan məhsulları üzlərində və bədənlərində əldə etdikləri nəticələrdən olduqca məmnun qalan xanımlar və bəylər tərəfindən çox sevilir. Bütün bu uğurlar son 3 il ərzində 125-dən çox mükafat qazanmış unikal bir brend yaratmaq məqsədilə təcrübə və zəngin spa irsinin kombinasıyasının nəticəsidir.
«Fairmont Baku» mehmanxanasında fəaliyyət göstərən ESPA mərkəzi aşağıdakı üstün cəhətləri ilə fərqlənir:
• Regionda ən böyük hamam ;
• Çoxfunksiyalı müalicə otaqları
• Özəl suitlər; Cütlük otaqı və Split otaqı
• Ekspres müalicə otaqları
• Ağ şüşəli mozaik hovuz
• 2 relaksasiya hovuzu
• Günəş terrası və açıq hovuz, Sky Garden;
• Panorama pəncərəli hovuzkənarı sauna, buxar otaqı və buz fontanı,
• Təəssürat duşları və isidici şezlonqlar
• Saunalı, buxar otaqlı, buz fontanlı və duş kabinli soyunma otaqları
• Müasir təchizatlı fitnes zalı
• Yoqa və meditasiya studiyası
• Qadınlar və kişilər üçün istirahət guşəsi
• Yuxu şezlonqları
• Gözəllik studiyası
• Kitabxanalı SPA Café
Ağ şüşəli mozaik hovuz
İstirahətin dadını çıxarmaq istəyirsinizsə, o zaman «Fairmont Baku» mehmanxanasında fəaliyyət göstərən ESPA mərkəzinə tələsin!
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

