Balakən sakinləri humanitar tibbi aksiyadan yetərincə yararlanırlar
03.04.2014 [09:43]
Vətəndaşların kütləvi tibbi müayinədən keçirilməsi kampaniyası Balakən rayonunda da uğurla davam edir. Balakənlilər onlara verilmiş bu imkandan yetərincə yararlanmağa çalışırlar.
Rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova AzərTAc-a bildirib ki, fevralın 17-dən davam edən aksiya çərçivəsində indiyədək rayonun 39 mindən artıq sakini tibbi müayinədən keçib. Müayinələrin keçirildiyi mərkəzi rayon xəstəxanasının, habelə Qabaqçöl qəsəbə xəstəxanası və kənd həkim məntəqələrinin kollektivləri bu vacib işə məsuliyyətlə yanaşır, sakinləri hərtərəfli müayinə edir, onlara lazımi məsləhətlər verirlər. Bundan əlavə, müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu səyyar briqadalar ucqar kəndlərin əhalisinə, xəstəxanalara gəlmək imkanı olmayan sakinlərə yerlərdə tibbi xidmət göstərirlər.
Mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsi fevralın 17-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Poliklinikanın müdiri Məhəmməd Əhmədovun verdiyi məlumata görə, aksiyaya başlandığı gündən indiyədək burada 13 mindən artıq sakin müayinə olunub. Tibbi müayinələr zamanı rəqəmsal rentgen, ultrasəs, qastroskop, endoskop, kardioloji EKO və digər müasir aparat və cihazlardan istifadə edilir.
Mərkəzi xəstəxananın baş həkimi Hacıömər Nuriyev AzərTAc-a deyib ki, fevralın 17-dən indiyədək 4163 nəfər flüoqrafiya, 1454 nəfər ultrasəs, 1994 nəfər kardioloji EKO, 855 nəfər rentgen aparatı vasitəsilə müayinə olunub, 12811 nəfərdən qan analizi götürülüb. Sakinlər əsasən ürək-damar, revmatizm, hipertoniya, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkdiklərini bildirirlər. Müayinələr nəticəsində 5624 nəfərə ambulator müalicə təyin edilib, 2019 nəfər dispanser qeydiyyatına götürülüb. Eyni zamanda, 148 nəfər mərkəzi rayon xəstəxanasının müxtəlif şöbələrinə yerləşdirilib, daha ciddi müayinə və müalicəyə ehtiyacı olan 134 nəfər isə Bakı şəhərinin tibb müəssisələrinə göndərilib.
Müayinədən keçən rayon sakinləri Samurat Gülməmmədova, Rəşid Musayev, Rahim Tağıyev, Mahi Əliyeva və başqaları yaradılmış bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, belə aksiyaların davamlı olmasını arzulayıblar.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

