Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əfqanıstanda təbii fəlakətdən zərər çəkənlərə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən humanitar yardım göndərilib

Əfqanıstanda təbii fəlakətdən zərər çəkənlərə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən humanitar yardım göndərilib

06.05.2014 [09:12]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Əfqanıstan İslam Respublikasında təbii fəlakətdən zərər çəkmiş insanlara təyyarə ilə yardım göndərib.
AzərTAc xəbər verir ki, mayın 4-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ayırdığı 211 min 500 manatlıq qida məhsulları və yataq dəstləri ilə yüklənmiş təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Əfqanıstana yola salınıb.
FHN-in Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev bildirib ki, Əfqanıstanın şimalında baş vermiş leysan yağışları nəticəsində subasma və daşqınlardan zərərçəkmiş insanlar üçün Prezident İlham Əliyevin göstərişi əsasında Azərbaycan dövləti adından humanitar yardım yola salınır. Ərzaq və sənaye məhsullarından ibarət yardımın ümumi çəkisi 122 tondur.

Paylaş:
Baxılıb: 1121 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30