Sərhədyanı və cəbhə bölgəsindəki yaşayış məntəqələrinin içməli su problemi həll edilir
14.06.2014 [10:25]
“Azərsu” ASC-nin yaranmasının 10 illik yubileyi ərəfəsində cəbhə xəttindən bir neçə yüz metr məsafədə yerləşən Tovuz rayonunun Əlibəyli kəndinin içməli su probleminin həlli məqsədilə həyata keçirilən layihənin icrası uğurla başa çatdırılıb. İyun ayının 12-də Əlibəyli kəndinə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib. “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirib ki, regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq bölgələrdə, xüsusilə, sərhədyanı ucqar kəndlərdə içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür: “Möhtərəm Prezident İlham Əliyevin əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq daha bir kənddə - Tovuz rayonunun Ermənistanla sərhəd Əlibəyli kəndində su təchizatı infrastrukturu yaradılmışdır. Cəbhə xəttində yerləşən bu kəndin sakinləri uzun illərdir içməli sudan əziyyət çəkirdi və yay aylarında su çatışmazlığı özünü daha kəskin göstərirdi. Bunları nəzərə alaraq təxirəsalınmaz tədbirlər proqramına uyğun olaraq Əlibəylidə işlərə başladıq. Daim Ermənistan ordusunun atəşi altında olan kənddə tikinti-quraşdırma işlərində çalışanların təhlükəsizliyini təmin etmək üçün beynəlxalq humanitar təşkilatların nümayəndələri əraziyə dəvət edib və onların köməkliyi nəticəsində işlər 2 ay ərzində problemsiz başa çatdırılıb”.
Tovuz rayonundan millət vəkili seçilən Qənirə Paşayeva layihənin başa çatması və kəndə içməli suyun verilməsi münasibətilə sakinləri təbrik edərək, “Azərsu” ASC tərəfindən layihənin icrasının qısa müddətdə başa çatdırılmasını yüksək qiymətləndirib.
Mərasimdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov “Ötən il cənab Prezident İlham Əliyevin iştirakı ilə Tovuz şəhərinə içməli suyun verilməsi mərasimi keçirildi. Bu gün isə strateji nöqtədə yerləşən Əlibəyli kəndinin içməli su problemi həll edilir. Sakinlər adından dövlət başçısına və “Azərsu” ASC-nin kollektivinə təşəkkürümü bildirirəm” deyib.
Çıxış edən kənd sakinləri də içməli su probleminin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə, “Azərsu” ASC-nin kollektivinə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxGündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29

