Nəsimi rayonunda Narkomaniyaya qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib
25.06.2014 [10:14]
“Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz mübarizəsinə və əməli köməyinə böyük ehtiyac vardır”. Bu fikirlər ötən gün Nəsimi rayon İcra Hakimiyyətində (RİH) təşkil olunan 26 iyun-Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan tədbirdə səsləndirib. Tədbirdə Nəsimi rayonunda fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri, Nəsimi RİH başçısının birinci müavini Ağa-Əli Əhmədov qeyd edib ki, rayonda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə iki komissiya fəaliyyət göstərir və bu komissiyalar öz fəaliyyətlərində Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 saylı Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramını”nı rəhbər tutur.
Qeyd olunub ki, narkomanlıq eynən narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir; o cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır, sosial partlayışlara gətirib çıxarır. Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr “Narkotiksiz gələcək naminə” öz milli proqramlarını qəbul ediblər. Narkomaniya ilə bağlı problemlərin daim ictimaiyyətin nəzarətində saxlamaq məqsədilə BMT tərəfindən iyunun 26-sı “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” elan edilib. A.Əhmədov çıxışında, həmçinin, qeyd edib ki, son illər respublikamızda da narkotik vasitələr və bihuşedici maddələrə qarşı mübarizə xeyli güclənib, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı ictimai təşkilatlar da fəallaqlarını xeyli artırıblar. Nəsimi RİH tərəfindən mütəmadi olaraq rayon ərazisindəki orta və ali təhsil müəssisələrində gənclərin maarifləndirilməsi məqsədilə müxtəlif tədbirlər- “dəyirmi masa”, elmi-praktik seminar, diskussiyalar, eləcə də, inşa yazı və rəsm müsabiqələri təşkil edilir, gənclərin asudə vaxtlarının düzgün və səmərəli təşkil olunmasına ciddi diqqət yetirilir.
Tədbirdə çıxış edən Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədova, Səhiyyə Nazirliyinin şöbə müdiri Səbinə Babayeva, Bakı şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Təriqə Quliyeva və başqaları təqdimatlarla çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, narkotiklər və narkomaniya ilə mübarizədə yalnız dövlət orqanlarının deyil, eyni zamanda, ailənin, təhsil müəssisələrinin, eləcə də cəmiyyətin də üzərinə böyük məsuliyyət düşür.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23

