/ / “Qaradağ rayon gənclərinin liderlik bacarıqlarının və könüllülük fəaliyyətinin inkişaf etdirilməsi” layihəsinə start verilib
“Qaradağ rayon gənclərinin liderlik bacarıqlarının və könüllülük fəaliyyətinin inkişaf etdirilməsi” layihəsinə start verilib
04.07.2014 [09:55]
İyulun 3-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Qaradağ rayon gənclərinin liderlik bacarıqlarının və könüllülük fəaliyyətinin inkişaf etdirilməsi” layihəsi ilə bağlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək əklil və tər gül dəstələri qoyublar.
Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbirdə çıxış edərək Ümummilli lider Heydər Əliyevin hər zaman gənclərə diqqət və qayğı göstərdiyini söyləyib. O bildirib ki, Ulu öndər 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi məqsədilə siyasi, sosial-iqtisadi və hüquqi baza yaradıb, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmalarına və ictimai-siyasi fəallıqlarının artmasına kömək edib. Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı gündən gəncliyin inkişafını prioritet vəzifə kimi qarşıya qoyub. Bu gün Azərbaycanda gənclər siyasəti uğurlu şəkildə həyata keçirilir. İstedadlı gənclərin müəyyən edilməsi, dəstəklənməsi və inkişafına böyük diqqət yetirilir.
T.İsmayılova həyata keçirilən layihənin əsas məqsədinin gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəaliyyətə cəlb olunmalarının və qərarvermə proseslərində fəal iştiraklarının stimullaşdırılması, öz hüquqları haqqında biliklərinin artırılması, fəal mövqe bildirmə bacarıqlarının üzə çıxarılması və gənclər arasında əməkdaşlıq şəbəkəsinin yaradılması kimi nailiyyətlərin əldə edilməsindən ibarət olduğunu söyləyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev xalqımızın xilaskarı olan Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışının ilk dövrlərindən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab etdiyini söyləyib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşır. Bu gün Azərbaycan gəncləri öz potensialına, intellektinə görə heç də digər ölkələrin gənclərindən geridə qalmırlar, əksinə, irəlidədirlər. Hazırda Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyanın istənilən ölkəsinə nümunə ola bilər. Azərbaycanda Gənclər Fondu yaradılıb, gənclərimizin dünyanın ən nüfuzlu universitetlərində təhsil almaları üçün dövlət proqramı həyata keçirilir. Azərbaycan gəncləri müxtəlif bilik və idman yarışlarında, olimpiadalarda yüksək nəticələr göstərirlər. Mötəbər idman yarışlarında gənclərimiz Azərbaycan bayrağını ən yüksək kürsülərdə dalğalandırırlar.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu gün Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu deyib. Qeyd edib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar sayəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Digər çıxış edənlər də əsası Ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün uğurla davam etdirildiyi fikrini səsləndiriblər. Bildiriblər ki, sürətlə inkişaf edən ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır və burada təbii ki, dövlətin də gənclər üzərində diqqət və qayğısı böyük rol oynayır. Gənclərə dövlət qayğısı, qəbul olunmuş dövlət proqramlarının icrası, bu istiqamətdə imzalanmış fərman və sərəncamların uğurla həyata keçirilməsi sayəsində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb. Sevindirici haldır ki, bu sahədə gənclər təşkilatları öz fəallıqları ilə seçilir. Onlar dövlətdən hərtərəfli dəstək alaraq gənclərin intellektual və fiziki inkişafına, ictimai fəallığının və təşəbbüskarlığının artırılmasına yönəlmiş layihələr həyata keçirirlər. Bu kimi tədbirlərin keçirilməsi gənclərin özlərini təsdiq etmələri üçün əlverişli şəraitin yaradılması, onların daha da təşkilatlanmaları, çevik və düzgün qərarlar qəbul etmələri baxımından böyük imkanlar yaradır.
Layihə bir ay davam edəcək və gənclərə liderlik bacarıqlarının öyrədilməsində mühüm rol oynayacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

