/ / “Azərbaycan Könüllülük Xidməti” proqramının, “Gənclər mərkəzləri və Gənclər evləri” virtual xəritəsinin təqdimatı olub
“Azərbaycan Könüllülük Xidməti” proqramının, “Gənclər mərkəzləri və Gənclər evləri” virtual xəritəsinin təqdimatı olub
04.07.2014 [10:01]
İyulun 3-də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən “Azərbaycan Könüllülük Xidməti” proqramının, “Gənclər mərkəzləri və Gənclər evləri” virtual xəritəsinin təqdimatı olub.
AzərTAc xəbər verir ki, tədbir iştirakçılarına proqram və virtual xəritə haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, “Azərbaycan Könüllülük Xidməti” proqramının əsas məqsədi ölkəmizdə könüllü hərəkatına təkan verilməsi, onun idarə edilməsinə, respublikamızdakı gənclər evləri və mərkəzləri arasında gənc könüllülərin mübadiləsinə dair standartların tərtib edilməsidir. Bildirilib ki, proqram çərçivəsində könüllülərlə iş üzrə yerli əlaqələndiricilərin hazırlanması, təcrübə mübadiləsinin təşkil olunması və s. planlaşdırılır.
Diqqətə çatdırılıb ki, “Gənclər mərkəzləri və Gənclər evləri” virtual xəritəsinin əsas məqsədi məlumatların və 3D videotur vasitəsilə ölkəmizin gənclər evlərinin və mərkəzlərinin elektron resurs şəbəkəsinin yaradılmasıdır. Bu ilin ilk altı ayı ərzində reallaşdırılan layihə çərçivəsində 28 gənclər mərkəzi və gənclər evi arasında sorğu keçirilib, 3D videoçəkilişləri aparılıb. Bu işin nəticəsi olaraq ölkəmizin gənclər siyasəti, müvafiq Dövlət Proqramı və digər məlumatlardan ibarət “Gənclər mərkəzləri və Gənclər evləri” virtual resurs mərkəzi yaradılıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə çıxış edərək ölkəmizdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb. Son illər ölkəmizdə könüllülük fəaliyyətinin genişləndiyini vurğulayan Ş.Seyidzadə bu gün Azərbaycan dövlətinin respublikamızın bütün bölgələrində Gənclər evlərinin və Gənclər mərkəzlərinin yaradılmasını diqqət mərkəzində saxladığını qeyd edib. O, proqramın və virtual xəritənin gənclər üçün mühüm töhfə olduğunu bildirib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında respublikamızda gənclər təşkilatlarının fəallığını xüsusi vurğuladığını qeyd edib.
Ulu öndər Heydər Əliyevin gənclərə hər zaman böyük diqqət yetirdiyini söyləyən T.Süleymanov deyib ki, məhz buna görə də Ümummilli liderimiz siyasi hakimiyyətə qayıtdıqdan sonra yaratdığı ilk nazirlik Gənclər və İdman Nazirliyi olub. Prezident Administrasiyasının rəsmisi bildirib ki, nazirlik yarandığı ilk gündən gənclər təşkilatları ilə sıx işləməyə başlayıb və bu iş bu gün də davam edir.
Tahir Süleymanov gənclər təşkilatlarının fəallığının onların cəmiyyətdə təşəbbüskar və yeniliklərə meylli olması, həmçinin dövlətimizin gənclər təşkilatlarına güclü dəstəyi ilə bağlı olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycanda yaradılmış 3 min QHT-dən 300-ü gənclər təşkilatıdır. Ölkəmizdə gənclər təşkilatlarının layihələrinə Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən güclü dəstək verilir. Bildirilib ki, respublikamızda daha fəal 250 gənclər təşkilatının 110-u Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sıralarında birləşib.
Prezident Administrasiyasının rəsmisi 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları zamanı qonaqların qarşılanması, onların xalqımızın adət-ənənələri ilə tanış olmaları və digər istiqamətlərdə könüllülərin üzərinə böyük iş düşəcəyini diqqətə çatdırıb.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdimatı keçirilən layihələrin əhəmiyyətini vurğulayıb, Gənclər evlərinin və mərkəzlərinin onların fəallığının daha da artmasına böyük töhfə verəcəyini qeyd edib. Könüllülüyün QHT fəaliyyətində vacib istiqamət olduğunu bildirən Milli Məclisin komitə sədri könüllülük xidməti ilə bağlı qanunun qəbul edilməsinin bu sahənin ölkəmizdə daha geniş yayılmasına təkan verəcəyini bildirib.
Digər çıxışlarda da “Azərbaycan Könüllülük Xidməti” proqramının, “Gənclər mərkəzləri və Gənclər evləri” virtual xəritəsinin gənclər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Sonda respublikamızın müxtəlif bölgələrini təmsil edən gənc könüllülərin andiçmə mərasimi olub.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

