Ömrün müdriklik zirvəsində
17.07.2014 [04:47]
Namiq Həsənov Naxçıvanda doğulub boya-başa çatan kadrlarımızdandır. Ali təhsilini başa vurduqdan sonra bir müddət doğulduğu Babək rayonunun Cəhri kəndində fizika müəllimi işləyib, sonradan rəhbər komsomol işinə keçib. 1973-1977-ci illərdə Naxçıvan şəhər-rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib, şəhər Partiya Komitəsinin büro üzvü olub. Bu yüksək etimad onun üçün əsl sınaq məktəbinə çevrilib. N.Həsənovun gənclərlə iş sahəsində təşkilatçılıq bacarığı, ictimaiyyətin rəğbətini qazandıran fərdi keyfiyyətləri o vaxtkı muxtar respublika rəhbərliyinin diqqətindən yayınmayıb və o, vilayət Partiya Komitəsində məsul vəzifəyə irəli çəkilib, burada da öz çalışqanlığı, savadı və qabiliyyəti ilə fərqlənib.
Namiq Həsənov təkcə geniş erudisiyası olan bir kadr deyil, həm də dəyərləri üstün tutan bir insandır. O, azərbaycanlı adını, ölkəsinin mənafeyini, şərəfini həm ictimai həyatda, həm də çalışdığı kollektivlərdə uca tutan bir şəxsiyyətdir. Bu baxımdan onun 1983-1992-ci illərdə Naxçıvan MR Daxili İşlər Nazirliyi sistemindəki fəaliyyəti xüsusilə yadda qalan olub. Bu məsul dövlət qurumundakı fəaliyyəti ilə də vəzifəyə karyera, şan-şöhrət naminə deyil, Vətəninə, xalqına ləyaqətlə xidmət etmək üçün gəldiyini sübut edə bilib.
Məlum olduğu kimi, Ümummilli liderimiz, böyük öndərimiz Heydər Əliyev keçmiş SSRİ-nin siyasi rəhbərliyindəki vəzifələrindən istefa verdikdən sonra Moskvanın birbaşa havadarlığından bəhrələnən erməni millətçiləri ölkəmizə qarşı ərazi iddialarına başladılar. Sovet imperiyasının hələ tam süquta uğramadığı, rus qoşunlarının ərazilərimizdə olduğu, milli ordumuzun isə hələ yaradılmadığı bir vaxtda ermənilərlə həmsərhəd rayonlarımızın, sərhəd kəndlərimizin müdafiəsi, əhalinin təhlükəsizliyi vəzifəsi yalnız daxili işlər orqanlarının öhdəsinə qalmışdı. Həmin ağır vaxtlarda - 1990-1992-ci illərdə polis polkovniki Namiq Həsənovun polis geyimini hərbi mundirlə əvəz edib səhra komandiri, çox vaxt adi vətən mücahidi kimi düşmənlə amansız döyüşə girməsini, ilk gündən torpaqlarımızın müdafiəsinə qalxan Naxçıvan polisinin ön sıralarında dayanmasını hər kəs yaxşı xatırlayır. O, Sədərək, Şada, Kərməçataq, Buzqov, Günnüt və digər yaşayış məntəqələrindəki ən ağır döyüşlər zamanı əsl fədai kimi nümunə göstərirdi. Həmin dövrdə məhz Daxili İşlər Nazirliyi rəhbərliyinin, o cümlədən N.Həsənovun ətrafında birləşən polis və könüllü özünümüdafiə dəstələri Naxçıvan torpağının bir qarışına da düşmən ayağının dəyməsinə imkan vermədilər Çağdaş tariximizin ağrılı-acılı, faciəvi səhifələrinin əsasının qoyulduğu o dövrlərdə Namiq Həsənovun xalqına, elinə-obasına bağlılığı bütün aydınlığı ilə üzə çıxdı. Təkcə vətənsevər bir rəhbər zabit kimi yox, Silahlı Qüvvələr və müharibə veteranı kimi ad qazandı.
Daşnak qüvvələrinin Şada və Kərməçataq kəndlərinə güclü basqınlarının qarşısının məhz onun şəxsi rəhbərliyi ilə alınmasını, yəqin ki, Naxçıvan əhalisi heç zaman unutmayacaq. Həmin döyüşlərin birində bir neçə könüllü və ağır yaralanmış milis nəfəri düşmən mövqelərinin nəzarəti altında qalmışdı. Namiq Həsənov çətinliklə də olsa ruslardan döyüş helikopteri əldə edərək və həyatını təhlükəyə ataraq döyüşçülərimizi ağır təhlükədən xilas etmişdi. Məhz bu keyfiyyətləri onu o zaman əqidəsi cibində, amalı və sədaqəti dilində olan bir çox rəhbər işçilərdən fərqləndirirdi. Onun məhz bu parlaq insani cəhətləri və haqq işi uğrunda mücadiləsi Ümummilli liderimiz Heydər Əliyevin diqqətindən yayınmadı və Naxçıvana gəldiyi ilk günlərdən N.Həsənov Ulu öndərin layiqli köməkçisinə çevrildi.
Yeri gəlmişkən, həmin vaxt mərkəzin tapşırığını cani-dildən yerinə yetirən radikal qüvvələr çirkin planlarını reallaşdırmaq üçün bəzi adamlardan istifadə etməyə çalışırdılar. Amma Ümummilli lider Heydər Əliyevin təkcə Naxçıvan üçün deyil, bütün Azərbaycan üçün xilaskarlıq missiyasını yaxşı başa düşən Namiq Həsənov və onun kimi ziyalı insanlar təxribatlara imkan vermirdilər.
N.Həsənovun Ulu öndər Heydər Əliyev şəxsiyyətinə və ideallarına sonsuz sədaqəti o vaxtkı Azərbaycan iqtidarının, Xalq Cəbhəsi-Müsavat cütlüyünün də diqqətindən yayınmadı. O vaxtkı iqtidarın muxtar respublikanın Daxili İşlər Nazirliyini Ulu öndər Heydər Əliyevə qarşı çevirmək planlarının həyata keçməsinə imkan vermədiyinə görə, 1992-ci ildə N.Həsənovu qərəzli şəkildə həm vəzifədən, həm də orqandan xaric edərək təqaüdə göndərdilər. Lakin o, həm öz əqidəsi, həm də Heydər Əliyevin tövsiyəsi ilə iş otağını tərk etmədi, nazirliyin parçalanmasına imkan vermədi, hadisələrin gedişinə nəzarət etdi, Ulu öndərin dövlətçilik ideyalarının həyata keçirilməsinə axıradək sədaqətlə xidmət göstərdi. O dövrdə səriştəsiz rəhbərliyin DİN-in, Televiziya və Radio Verilişləri Komitəsinin binalarını silahlı yolla ələ keçirərək Naxçıvanda dövlət çevrilişi etmək cəhdinin qarşısının alınmasında Heydər Əliyevin ən yaxın köməkçilərindən, təşkilatçılarından biri də məhz Namiq Həsənov idi.
Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdandan az sonra - 1994-cü ilin aprelində Namiq Həsənovu Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinə tövsiyə etdi. Ulu öndər Heydər Əliyev kimi fenomenal şəxsiyyətin Naxçıvanda başladığı işləri davam etdirmək nə qədər şərəfli idisə, bir o qədər də çətin və məsuliyyətli idi. Namiq Həsənov burada da böyük öndərin siyasi xəttinə sədaqət nümunəsi göstərərək Muxtar Respublika əhalisinə ləyaqətlə xidmət etdi. Qarşıda Naxçıvanın etibarlı müdafiəsini təmin etmək üçün yenicə yaradılmış nizami ordunun möhkəmləndirilməsi, blokadada olan Naxçıvan əhalisini elektrik enerjisi, yanacaq, çörək və digər zəruri ərzaq məhsulları ilə təmin etmək kimi çətin vəzifələr dururdu. Ən ağır məqamlarda Ümummilli liderin diqqət və qayğısına ehtiyac olurdu. Bu dövrdə Namiq Həsənov Ulu öndərdən əxz etdiyi ənənələrə, iş üslubuna sadiq qalaraq tez-tez əhali ilə görüşlər keçirir, onları çətinliklərin tezliklə aradan qaldırılacağına inandırırdı. Zaman göstərdi ki, Namiq Həsənov qənaətlərində yanılmayıb. Onu el içində nüfuz və hörmət sahibi edən əsas amil də elə budur.
Azərbaycan Prezidentinin Sərəncamı ilə onun son iş yeri respublikanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsi idi. Namiq Həsənov burada da ona göstərilən etimadı doğrultdu, yüksək şəxsi keyfiyyətlərini ortaya qoydu, dövlətimizin sosial islahatlar xəttinin uğurla reallaşdırılması yolunda layiqli xidmət göstərdi.
İndi Namiq müəllim ömrünün müdriklik dövrünü yaşayır. O, 70 illik ömür yolunun zirvəsindən keçdiyi yola nəzər salaraq xatirələrini həvəslə bölüşür, Azərbaycanın bugünkü uğurlarına ürəkdən sevinir. Onun bu uğurlara görə sevinməyə haqqı var...
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

