Mərkəzi Bankda “Açıq qapı” günü
18.07.2014 [09:52]
İyulun 17-də Azərbaycan milli mətbuatının yaranmasının 139 illiyi münasibəti ilə Mərkəzi Bankda jurnalistlər üçün növbəti “Açıq qapı” günü keçirilib.
AzərTAc xəbər verir ki, kütləvi informasiya vasitələrinin nümayəndələrini peşə bayramları münasibəti ilə təbrik edən Mərkəzi Bank sədrinin müavini Aftandil Babayev Prezident İlham Əliyev tərəfindən milli mətbuatın inkişafına daim diqqət və qayğı göstərildiyini vurğulayıb. Qeyd olunub ki, bunun nəticəsində ölkədə vətəndaş cəmiyyətinin qurulmasında, demokratik dəyərlərin bərqərar olması və inkişafında milli mətbuatın rolu getdikcə artır.
Mərkəzi Bankın siyasəti və fəaliyyətinin başlıca istiqamətləri barədə məlumat verən Aftandil Babayev pul və bank quruculuğu siyasətinin ictimaiyyət tərəfindən düzgün qavranılmasında KİV-in mühüm rolunu diqqətə çatdırıb.
Sədr müavini qurumun kommunikasiya siyasətindən danışarkən qeyd edib ki, Mərkəzi Bankın rəsmi internet səhifəsi həm məzmun, həm də texniki baxımdan daim təkmilləşdirilir. İki dildə fəaliyyət göstərən internet səhifəsində orta hesabla il ərzində mindən çox yeni məlumat və material yerləşdirilir. Bankın reallaşdırdığı “Maliyyə savadlılığı” meqa-layihəsinin əsas hədəflərdən biri geniş ictimaiyyətlə yanaşı, media nümayəndələrinin də maarifləndirilməsidir. Artıq ənənəyə çevrilən “Açıq qapı” günü jurnalistlərə Mərkəzi Bankın struktur bölmələrinin fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı verir.
Görüşün sonunda milli mətbuatın yaranmasının ildönümü münasibətilə jurnalistlərə Mərkəzi Bank adından hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.
“Açıq qapı” günüdə iştirak edən media işçiləri bankın ayrı-ayrı struktur bölmələrinin fəaliyyəti ilə əyani tanış olublar. Struktur bölmələrin rəhbərləri tərəfindən onlara görülən işlər barədə ətraflı məlumat verilib, həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

