Dünya üçün yeni təhlükə - Ebola
13.08.2014 [09:43]
Mütəxəssislər bildirirlər ki, bu xəstəliyin müalicəsi üçün müəyyən olunan, təsirli bir dərman yoxdur
Son günlərdə dünyanı cənginə alan Ebola virusu Afrikada bu ilin fevralından etibarən yayılmağa başlayıb. İndiyədək Qvineya, Liberiya və Syerra-Leonedə bu virusdan 720-dən çox adam ölüb. Bu virusa yoluxanların 90 faizə yaxını bir neçə gün sonra ölür. Virus ilk dəfə 1976-cı ildə Konqo Demokratik Respublikasında, Ebola çayı sahilində aşkar olunub və adını da bu çaydan götürüb. Ebola virusu titrətmə, ürəkbulanma, təngnəfəslik, qanaxma və diareya ilə müşayiət olunur. Xəstəlik olduqca yoluxucudur və yoluxmuş insanlardan, yaxud heyvanlardan ifraz olunan qanla, habelə digər mayelərlə təmas nəticəsində yayılır. Virus əleyhinə pereparatların heç biri Ebola virusuna qarşı effektli deyil. Müasir təbabət ancaq yoluxan insanda simptomları qismən yüngülləşdirməyə nail olur.
21 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Qalib Bağırov bizimlə söhbəti zamanı bildirib ki, Ebola virusu insanlarda ən şiddətli və ən ağrılı infeksiya yaradan kiçik mikroorqanizmlərdən biridir: “Kəskin titrətmə, qızdırma və qanaxma ilə müşayiət olunan bu virus çox sürətlə yayılır. Ebola virusu qanaxmalı qızdırmaya səbəb olduğundan, qanaxma yaradan bəzi digər viruslarla birlikdə “qanaxmalı qızdırma virusları” qrupuna daxildir. Ebola virusundan baş verən ölümlərin faizləri 50-90 arasında dəyişməkdədir. Bu xəstəliyin müalicəsi üçün müəyyən olunan, təsirli bir dərman yoxdur. Ancaq müəyyən reabilitasiya müalicələri tətbiq etmək mümkündür”.
Virusu necə müəyyən etmək olar?
Ebola virusunun əsasən, qanaxmalı qızdırma ilə yanaşı, qusma, ishal, ümumiləşdirilmiş ağrı ya da halsız, bəzən də daxili və xarici qanaxma kimi simptomları ilə ortaya çıxdığını deyən həkim Qalib Bağırov xəstəliyin 2- 21 gün arasında inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, əksər hallarda bu xəstəlik birmənalı olaraq ölümlə nəticələnir: “Necə ki, quduzluq virusuna yoluxmuş insan sudan, işıqdan qorxur, burada da bu tip nevroloji pozuntular olur və bu kimi hallardan insan dünyasını dəyişir. Vaxtında aparılan müalicə bir neçə ay müddətində nəticə verə bilər. Xəstəliyin ikinci həftəsində xəstələr artan qızdırmadan ya da immuntet sisteminin azalmasından əziyyət çəkirlər. Bu xəstəliyin əsas ölüm səbəbi hipovolemik şok ya da ürək çatmazlığı olur”.
İmmunitet sistemi məhv olur
Həkim Qalib Bağırov Ebola virusundan yaranan qanaxmalı qızdırma xəstəliyinin bədəndəki leykositlərin kəskin azalmasının immunitet sisteminin çökməsinə, laxtalanma funksiyasının pozulmasına, qanaxma sindromuna (qanın damardan daşıb kənara çıxması) və xəstənin şok keçirməsinə gətirib çıxara biləcəyini bildirib. Onun sözlərinə görə, virus bədənə daxil olduqdan sonra təxminən 5-10 gün içində xəstəlik inkişaf edir: “Xəstəlik əsəsən qəfil qızdırma, üşümə, titrəmə və halsızlıq şəklində başlayır. Daha sonra bədənə yayılan xəstəlik dəri xəstəlikləri, təzyiqin qəfil düşməsi, bədənin müxtəlif yerlərində baş verən qanaxmalarla (burun, ağız, göz və digər bölgələr) müşayiət olunur. Xəstəliyin ən ağır dövründə xəstə böyrək çatışmazlığından da əziyyət çəkə bilər”.
Xaricdən gələn insanlar yoxlanmalıdır
Virusun Azərbaycanda yayılma ehtimalını dəyərləndirən həkim bunları deyib: “Virusun yayılması üçün gərək Azərbaycan vətəndaşları o ölkəyə gedib-gəlsinlər. Bizim vətəndaşlar həmin ölkələrə səfər etsələr, orada xəstə insanlarla təmasda olsalar, daha sonra Azərbaycana gəlsələr, o zaman bu virusun yayılması mümkündür. Həmin Afrika ölkələri ilə heç bir iqtisadi-ticarət əlaqələrimiz olmadığına görə bizdə həmin virusun yayılması elə də inandırıcı deyil.
Ancaq o ölkələrdən tələbələrin gəlmə ehtimalı var. Onlar da sərhəd-keçid məntəqələrində nəzarətə alınmalıdırlar. 21 gün gözlənildikdən və bu insanlar nəzarət altında saxlanıldıqdan sonra, əgər virus varsa, əlamətləri onsuz da ortaya çıxacaq. Əgər əlamətlər olmasa, deməli, həmin insanlar sağlamdır”.
Bu məqamda maarrifləndirmənin də çox önəmli olduğunu deyən həkim Qalib Bağırovun sözlərinə görə, məsələdən narahatlıq keçirən Ümumdünya Səhiyyə Təşkilatı aylıq bülletenlər nəşr edərək yayır, dünya ölkələrinə yayılan xəstəliklər barədə məlumat verir ki, hamı bu virusla daha diqqətli olsun.
Oktay
Xəbər lenti
Hamısına baxSosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17

