Şəmkir və Göygöl rayonlarının hər qarışında qədim tariximizin silinməz izləri var
13.08.2014 [09:48]
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan Xaçmaz və Qusar rayonlarının IX-XI sinif şagirdlərindən ibarət qruplar avqustun 12-də Şəmkir və Göygöl rayonlarına səfər ediblər.
AzərTAc xəbər verir ki, səmimi və mehribanlıqla qarşılanan məktəblilər hər iki rayonun maddi-mədəniyyət abidələri ilə yaxından tanış olublar.
Əvvəlcə Şəmkirə ekskursiya edən şagirdlər burada arxeoloji qazıntılar zamanı aşkar edilmiş orta əsr Şəmkir şəhərinin qalıqlarına baxıblar. Məlumat verilib ki, tarixi İpək Yolunun üzərində yerləşən bu şəhər IX əsrin ikinci yarısı və X əsrdə inkişaf edərək Şərqin sənətkarlıq və ticarət mərkəzlərindən birinə çevrilib. 1235-ci ildə inadlı müqavimətdən sonra şəhəri işğal edən monqollar buranı yerlə-yeksan edərək əhalini qılıncdan keçiriblər.
Şagirdlər arxeoloji qazıntılar zamanı üzə çıxmış yaşayış yerlərinə, eləcə də qədim məişət əşyalarına baxdıqdan sonra rayondakı Heydər Əliyev Mərkəzində, Bayraq muzeyində, Gənclər Mərkəzində, Abidələr parkında, XVIII əsrdə inşa edilmiş alman kilsəsində olublar.
Günortadan sonra Göygöl rayonuna səfər edən Xaçmaz və Qusar məktəbliləri əvvəlcə Heydər Əliyev parkını gəziblər. Buradakı Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.
Gənclər Mərkəzində yaradılan şəraitlə tanış olan şagirdlərə məlumat verilib ki, rayon gəncləri burada fəaliyyət göstərən xarici dil kurslarından, müxtəlif peşə dərnəklərindən pulsuz yararlanır, intellektual oyun salonunda maraqlı tədbirlər həyata keçirirlər.
Göygöl şəhərini piyada gəzən şagirdlər vaxtilə almanların yaşadıqları evlərə, eləcə də alman kilsəsinə baxıblar. Onlar burada yaşamış sonuncu alman Viktor Klaynın mənzil-muzeyini ziyarət etdikdən sonra səfalı Hacıkənd qəsəbəsinə yollanıblar. Məktəblilər burada təbiətin qoynunda istirahət edərək xatirə şəkilləri çəkdiriblər.
Qrupun rəhbəri, Xaçmaz Rayon Təhsil Şöbəsinin əməkdaşı Azad Bədəlov bildirib ki, şagirdlər Gəncə-Şəmkir-Göygöl marşrutu ilə keçirilən ekskursiyalardan çox razı qalıblar. Onlar gəzdikləri yerlərin tarixi, maddi-mədəniyyət abidələri haqqında məlumat əldə etməklə yanaşı, özlərinə çoxlu dostlar da tapıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

