/ / “Bakı-2015”də xidmət göstərəcək həkimlər üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasında təlimlər təşkil olunacaq
“Bakı-2015”də xidmət göstərəcək həkimlər üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasında təlimlər təşkil olunacaq
19.09.2014 [09:51]
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında yarışlar üçün həkimlərə təlim keçiriləcək.
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanov “Bakı-2015” birinci Avropa Oyunlarının tibb direktoru xanım Pem Vedinglə görüşüb.
Görüş zamanı Əhliman Əmiraslanov Azərbaycanın növbəti dəfə beynəlxalq miqyaslı tədbiri yüksək səviyyədə təşkil edəcəyinə əminliyini bildirib.
Daha sonra rektor universitetin fəaliyyəti, fakültələri, son illər istifadəyə verilmiş klinikaları barədə söz açıb. ATU-nun Azərbaycanda yeganə tibb təhsil müəssisəsi olduğunu bildirən Ə.Əmiraslanov hər il universitetə 1000-ə yaxın tələbənin qəbul olunduğunu qonaqların diqqətinə çatdırıb. Bildirib ki, hazırda universitetin 7000-dən çox tələbəsi arasında 18 ölkənin vətəndaşları da var. ATU-da 160-dən çox professor çalışır, müəllim heyətinin sayı 600 nəfərə çatır.
Xanım Pem Veding öz növbəsində ATU rəhbərliyini əldə olunan nailiyyətlərə görə təbrik edib. O, gələn il Bakıda keçiriləcək beynəlxalq tədbirdə tibb sahəsində mütəxəssislərə ehtiyac olduğunu və bu məsələdə ATU ilə əməkdaşlıq etmək arzusunda olduqlarını söyləyib.
Görüş zamanı Avropa oyunlarında idmançılara və digər personala tibb xidməti göstərəcək mütəxəssislərin hazırlıq keçməsi üçün ATU-nun klinikalarında mövcud treninq mərkəzlərindən istifadə olunması təklifi səslənib. Əldə olunan ilkin razılaşmaya əsasən, Avropa Oyunlarında xidmət göstərəcək həkimlər üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasındakı treninq mərkəzində təlimlər təşkil olunacaq. Yarışmalar zamanı həmçinin Tibb Universitetinin təmsilçilərinin həkim briqadası da xidmət göstərəcək.
Daha sonra qonaq ATU-nun klinikaları və buradakı təlim mərkəzləri ilə yaxından tanış olub. O, müasir texniki avadanlıqlarla təchiz edilmiş klinikalardakı şəraiti yüksək qiymətləndirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58

