Baş nazirin müavini Əli Həsənov: Dələduzluq yolu ilə mənzil almaq mümkün deyil
25.10.2014 [11:59]
“Dələduzluq edərək məcburi köçkünlərə saxta ev sənədləri verən şəxslərin sayı artıb. Məcburi köçkünlər bu məsələdə çox diqqətli olmalıdırlar”. AzərTAc xəbər verir ki, bu sözləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 24-də Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə tikinti işlərinin gedişi ilə tanışlıq zamanı jurnalistlərə müsahibəsində deyib.
Əli Həsənov qeyd edib ki, komitə tərəfindən bir neçə ay əvvəl məcburi köçkünlər Bakıda, eləcə də digər şəhər və rayonlarda saxta ev sənədləri hazırlayan dələduzların olması barədə xəbərdar ediliblər. Onlara belə şəxslərdən özlərini qorumaları tövsiyə olunub. Bundan sonra Ağdam sakinləri aldanmaları ilə bağlı bizə müraciət ediblər. Mən bu məsələnin həllinə kömək göstərilməsi ilə bağlı daxili işlər naziri Ramil Usubov ilə danışdım və dərhal işin araşdırılmasına başlanılıb. Hazırda dələduzluq edərək məcburi köçkünlərin pulunu mənimsəyən həmin köçkün qadın saxlanılıb və istintaq davam edir.
Baş nazirin müavini Əli Həsənov bəzi məcburi köçkünlərin hələ də belə xoşagəlməz hadisələrdən nəticə çıxarmamalarını təəssüf hissi ilə qeyd edib. Bildirib ki, mən dəfələrlə məcburi köçkünlərə müraciət edərək dələduzluq yolu ilə mənzil əldə etməyin mümkünsüz olduğunu demişəm. Onları xəbərdar etmişəm ki, özünüzü belə hallardan qoruyun. Bu yaxınlarda Füzuli və Cəbrayıl rayonlarının sakinləri də başqa bir qadının onları aldatması ilə bağlı bizə müraciət etmişdilər. Əməkdaşlarımız bu müraciətləri rəsmiləşdirərək hüquq mühafizə orqanlarına göndərmək istəyəndə aldanan şəxslər tələsik ərizələrini geri götürdülər.
Əli Həsənovun sözlərinə görə, 3 gün əvvəl Qaradağ rayonunda daha bir nəfərin məcburi köçkünlərdən və yerli sakinlərdən külli miqdarda pul toplayaraq onlara saxta yolla hazırladığı mənzil orderləri, qapı açarları və müqavilələr verməsi faktı aşkarlanıb. Məlum olub ki, komitəyə aidiyyəti olmayan müxtəlif şəxslər saxta yollarla order və xüsusi yaşayış sahəsinin kirayə müqaviləsini hazırlayaraq bir qrup məcburi köçkünü mənzil verəcəyi ilə aldadaraq onlardan külli miqdarda vəsait alıb mənimsəyiblər. Həmin dələduzlar tərəfindən aldandıqlarını bilən məcburi köçkünlər pullarının geri qaytarılması və həmin cinayətkar qrupun cəzalandırılması xahişi ilə komitəyə müraciət ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri deyib: “Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi prosesi şəffaf şəkildə həyata keçirilir. Bütün məcburi köçkünləri ciddi xəbərdar edirik ki, mənzillə təminatla bağlı belə dələduzluq hallarının iştirakçısı olan hər kəs cinayət məsuliyyətinə cəlb olunacaq. Biz məcburi köçkünlərdən xahiş edirik ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal məskunlaşdıqları ərazilərin polis orqanlarına məlumat versinlər”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

