“Bakcell”in “BakuTel 2014” stendi: yeni texnologiyalar, yeni məhsullar
04.12.2014 [09:57]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti “BakuTel 2014” sərgisindəki stendində ən son mobil texnologiyaları, ən son texnologiyaya əsaslanan əyləncəni, eyni zamanda, ölkədə gənclərin, futbolun və regionların inkişafına göstərdiyi dəstəyi nümayiş etdirir. Dekabrın 5-dək davam edəcək sərgi çərçivəsində “Bakcell” stendinin ziyarətçilərinə “LTE-A” texnologiyası, Azərbaycanda ilk dəfə olaraq “virtual supermarket”, “Bakcell” brendli “ALOV” və “İLK” smartfonlarının üstünlükləri, mobil tətbiqetmələrin inkişafına yönəlmiş “AppLab” guşəsi və s. təqdim olunur. Şirkətdən verilən məlumatda qeyd olunur ki, sərgi iştirakçıları bu dəfə də “Bakcell”in tam spektrli LTE xidməti ilə 4G texnologiyasının inteqrasiyasındakı uğurları ilə tanış olacaq, eyni zamanda, 4G texnologiyasını mobil cihazlarda, smartfon və planşetlərdə istifadə etmək imkanı qazanacaqlar. Stendin ziyarətçiləri “Bakcell”in qısa müddət öncə yerli bazara təqdim etdiyi və yeni nəsil smartfon istifadəçilərinin bütün tələblərinə cavab verən “ALOV” və “İLK” smartfonlarını sınaqdan keçirəcək, onun texniki xüsusiyyətləri ilə daha yaxından tanış olacaqlar. Məlumatda daha sonra qeyd olunur ki, şirkət öz ənənəsinə sadiq qalaraq bu il də “BakuTel” sərgisinə yenilik gətirəcək. Belə ki, “virtual supermarket” adlanan yeni texnologiya Azərbaycanda ilk dəfə olaraq “Bakcell” tərəfindən yalnız bu sərginin iştirakçıları üçün nümayiş olunacaq. Ziyarətçilər elektron lövhədə göstərilən və “Bakcell”in “Ulduzum” sadiqlik proqramının partnyorları tərəfindən təqdim olunan müxtəlif malları SMS və ya QR kod göndərməklə böyük endirimlərlə əldə edə biləcəklər. Bundan əlavə, “Bakcell” şirkətinin gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “AppLab” adlı innovativ mobil developer layihəsi də burada təqdim olunur. “AppLab” ideyaların, mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Sərgidə şirkətin Azərbaycanda İKT-nin və idmanın inkişafına göstərdiyi dəstəyə həsr olunmuş xüsusi guşə də yaradılıb. Burada dünyanın ən böyük klublarından olan “Mançester Yunayted” futbol klubu və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda futbolun bütün səviyyələrdə inkişafını dəstəkləyən layihələr barədə şəkillər vasitəsilə ziyarətçilərə məlumat veriləcək, eyni zamanda gənclərin və texnologiyaların inkişafına xidmət edən layihələrdən danışılacaq. “Bakcell” şirkəti öz fəaliyyətində regionların inkişafına ayrıca diqqət yetirir və Azərbaycanda futbolun inkişafına xidmət edən bir çox layihələr həyata keçirir. Azərbaycanda müasir mobil texnologiyaların inkişafını və tətbiqini dəstəkləyən “Bakcell” günün nəbzini tutaraq müasir mobil proqram təminatlarının inkişafında yaxından iştirak edir, gənc və istedadlı developerlərə öz dəstəyini verir. Bu məqsədlə “Bakcell” “Mobile Monday”, “Hackathon”, “Startup Azərbaycan” və “Startup Weekend” kimi layihələrə dəstək göstərib. Hazırda isə bu layihələrin məntiqi davamı olaraq şirkət “AppLab” layihəsini həyata keçirir. Məlumatda sonda qeyd olunur ki, ilk gündən “BakuTel” sərgisinin iştirakçısı olan “Bakcell” bu sərginin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına təsirini yüksək qiymətləndirir.
“Bakcell” əmindir ki, bu sərgi şirkətlərə öz bizneslərini inkişaf etdirmək və yeni bazarları kəşf etmək üçün xüsusi imkanlar yaradacaq. “BakuTel” sərgisi telekommunikasiya sektoru üçün olduqca əhəmiyyətli bir tədbir olmaqla, indiki və gələcək müştərilərlə birbaşa ünsiyyət qurmaq üçün misilsiz imkanlar yaradır.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

