“Azercell” texnoloji bilgilərin inkişafına dəstək göstərməkdə davam edir
17.04.2015 [10:00]
Fəaliyyət göstərdiyi 18 il ərzində “Azercell Telekom” MMC Azərbaycanda təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsinə hər zaman dəstək verib. Şirkət bu yöndə fəaliyyətini bu gün də uğurla davam etdirir. Belə ki, 14 aprel tarixində “Azercell”, “Keytorc”, “UX Azerbaijan”, “Azerbaijan Testing Board” (ATB) təşkilatlarının təşkilatçılığı ilə Xəzər Universitetində keçirilən SDLC (Software development Life Cycle), Realities and Experiences (Proqram Təminatının İnkişaf Mərhələləri, Reallıqlar və Təcrübə) adlı konfrans keçirilib. Şirkətdən verilən məlumatda qeyd olunur ki, tədbirdə “Azercell”i 3 əməkdaş təmsil edib, tələbələrə şirkətin fəaliyyəti ilə bağlı maraqlı məlumatlar təqdim olunub.
Konfransda “Azercell”in əməkdaşı Cavid Kərimov şirkətdə tətbiq olunan “Proqram Təminatının İnkişaf Mərhələləri” haqda tələbələrə ətraflı məlumat verərək, məhsullarının keyfiyyəti ilə hər zaman fərqlənən şirkətin bu uğuru necə əldə etməsindən danışıb.
Emil İsmayılxanov isə “UX”, “User Experience” (İstifadəçi Təcrübəsi), bu sistemin “Azercell”də qurulması, mərhələləri, istifadə edilən əlavələr və proqram təminatları haqqında söhbət açıb. Bu sistemin əhəmiyyətindən danışıb. Tətbiqi proqramların şirkətdə sınaqdan keçirilməsinin hazırkı durumu, mütəxəssislər üçün lazımı biliklər və Test işinin universitetlərdə təbliği haqqında isə şirkətin digər əməkdaşı İlham Seyidnurov söhbət açıb.
Tədbirdə, eyni zamanda, tələbələrin “Azercell”in Proqram Təminatının inkişaf mərhələləri və məhsulların sınaqdan keçirilməsi ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, “Azercell Telekom” öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz “Azercell”dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Həmçinin, “Azercell” aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz “Azercell”in təşəbbüsü və dəstəyi ilə Xəzər Universitetində 2011-ci ildə E-learning otağı açılıb, eyni zamanda, Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb.
SƏlim
Xəbər lenti
Hamısına baxFormula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22

