/ / Oğuzda Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Oğuzda Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib
09.05.2015 [12:30]
Oğuz rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Oğuz rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatı və Oğuz rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində “dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa yazı müsabiqələri, bilik və idman yarışları, oxucu konfransları təşkil olunub.
May ayının 7-də isə Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə əklil və gül dəstələri qoyub, Ümummilli liderin xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov Ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən danışıb. Vurğulayıb ki, Ulu öndər Heydər Əliyev dağılmaq, parçalanmaq həddində olan Azərbaycanı, çökməkdə olan dövlətçiliyimizi qorudu, cilaladı, möhkəmləndirdi, əzəmətə gətirdi: “O, ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Bu gün isə Ulu öndərin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın ən öncül dövlətləri sırasında yerini alıb”.
Sonra YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov geniş məruzə ilə çıxış edib. O bildirib ki, Ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycanın dövlət müstəqilliyinın dönməzliyi tam təmin olunub, beynəlxalq aləmdə respublikamızın müsbət imici formalaşıb: “Məhz Ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib”.
S.Məhərrəmov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatların Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi davamı olduğunu, Onun praqmatik daxili və xarici siyasəti nəticəsində Azərbaycanın müxtəlif sahələrdə böyük müvəffəqiyyətlər qazandığını diqqətə çatdırıb: “Məhz bu uğurlu siyasətin nəticəsidir ki, 2015-ci ildə ilk dəfə olaraq Azərbaycan Avropa Oyunlarını qəbul etmək hüququnu qazanıb”.
Məruzə ətrafında çıxış edən Oğuz şəhər icra nümayəndəsi Firuddin Baxışov, rayon təhsil şöbəsinin müdiri Elçin Kərimov və başqaları bildiriblər ki, Azərbaycan dövlətinin mövcudluğunun qorunub saxlanması, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Xəbər lenti
Hamısına baxMEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31

