Yardımlının ucqar dağ kəndlərinin içməli su problemi həll edilir
02.06.2015 [16:54]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə edildiyi ucqar dağ kəndlərinin su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Planına uyğun olaraq Yardımlı rayonunun içməli su problemindən əziyyət çəkən ucqar dağ kəndlərinin - Vərgədüz, Osnakəran, Bürzünbül və Bilnə kəndlərinin su təchizatının yaradılması layihəsinin birinci mərhələsinin icrası uğurla başa çatıb. Vərgədüz kəndində içməli suyun verilməsi ilə əlaqədar təşkil olunmuş tədbirdə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çətin relyefə malik kəndlərin içməli su probleminin birdəfəlik həll edilməsini böyük hadisə adlandırıb, göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat verib və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Yardımlı rayonunun ucqar kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə 2013-cü ilin yayında böyük bir layihənin icrasına başladıq. Bu gün artıq 4 kəndin sakinləri keyfiyyətli içməli su ilə təmin olunublar, gələcəkdə onların sayı 15-ə çatdırılacaq”.
Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suyu böyük çətinliklərlə uzaq məsafədən müxtəlif vasitələrlə daşıyırdılar. Yeni layihənin icrası nəticəsində bu problem həll edilib.
İcrasına 2013-cü ildə başlanmış layihəyə əsasən, su mənbəyi kimi Sineyir çayı hövzəsindəki bulaqlar seçilib. Əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbədə sugötürücü qurğu inşa edilib, buradan yaşayış məntəqələrinə qədər müxtəlif diametrli borularla 24 km uzunluğunda magistral kəmər çəkilib. Magistral su xəttinin üzərində Osnakəran kəndində həcmi 500 kubmetr, Bürzünbül və Vərgədüz kəndlərinin hər birində tutumu 100 kubmetr olan su anbarları tikilib, kəndlərdə bulaqlar quraşdırılıb. Layihənin icrası nəticəsində 4 kənddə 6 min nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Ümumilikdə, layihə Yardımlı rayonunun Osnakəran, Bürzünbül, Vərgədüz, Bilnə, Əngövül, Vərov, Yolacaq, Separadi, Keçələkəran, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərini əhatə edir. Layihənin icrası tam başa çatdıqdan sonra Yardımlı rayonunun 15 kəndində 2688 ailənin təsərrüfatının və ya 12 min sakinin içməli su təchizatı yaxşılaşdırılacaq. Bu məqsədlə yeni xətlərin və anbarların tikintisi layihələndirilib.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

