İctimai Televiziya on yaşını qeyd edir
29.08.2015 [11:11]
İctimai Televiziyanın (İTV) fəaliyyətə başlamasının 10 ili tamam olur.
Bu münasibətlə avqustun 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təntənəli yubiley gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Telekanalın 10 illik fəaliyyətini əks etdirən videosüjet nümayiş olunub. İctimai Televiziya və Radio Yayımlar Şirkətinin baş direktoru, Əməkdar İncəsənət Xadimi, professor Cəmil Quliyev tədbiri açaraq vurğulayıb ki, 10 il ərzində İTV çox böyük inkişaf yolu keçib, bir-birindən maraqlı layihələrə imza atıb və geniş tamaşaçı auditoriyasının sevgisini qazanıb.
Diqqətə çatdırılıb ki, ötən müddət ərzində İTV daim Azərbaycan Prezidenti İlham Əliyevin qayğısını hiss edib. Bunun bariz nümunəsidir ki, milli mətbuatımızın 140 illiyi münasibətilə təltif olunan media nümayəndələri arasında İctimai Televiziyanın əməkdaşları da yer alıb. Bütün bunlara görə televiziyanın rəhbəri dövlətimizin başçısına təşəkkürünü bildirib.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, professor Cahangir Məmmədli bildirib ki, 10 ildir Azərbaycan cəmiyyətinə şərəflə xidmət edən bu televiziya bundan sonra da öz missiyasını layiqincə davam etdirəcək. İTV yarandığı gündən qərəzsiz, tərəfsiz, obyektiv informasiyaları, maraqlı, rəngarəng verilişləri ilə auditoriyanın rəğbətini qazanıb. Hər zaman dövlətin diqqət və qayğısını üzərində hiss edən televiziya həyatın müxtəlif sahələrinə dair verilişlərlə gündəmə gəldi. Bu gün də proqram siyasətində öz ənənəsinə sadiq qalır.
Professor Cahangir Məmmədli diqqətə çatdırıb ki, Azərbaycan vətəndaşlarının marağına xidmət edən televiziya milli mənəvi dəyərlərimizi qorumaq, plüralizmi inkişaf etdirmək yolunda səylərini davam etdirməkdədir. Əminik ki, tamaşaçı və dinləyici qəlbinə yol tapan ictimai televiziya və radio bundan sonra da yeni formatlarda hazırladığı proqramlarla izləyicilərin və dinləyicilərin görüşünə gələcək.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev yubiley münasibətilə televiziyanın kollektivini təbrik edib.
Azərbaycan dövlətinin mətbuat, informasiya, o cümlədən teleradio siyasətinin əsasını Ümummilli liderimiz Heydər Əliyevin qoyduğunu xüsusi vurğulayan Vüqar Əliyev diqqətə çatdırıb ki, bu istiqamətdə işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vurğulanıb ki, dünya sivilizasiyasının bir hissəsi olan Azərbaycanda azad sözə, plüralizmə, əxlaqi-mənəvi maariflənməyə, ümummilli maraqların ifadəsinə olan tələbat İctimai Televiziyanın yaranması məsələsini gündəmə gətirib.
Prezidenti Administrasiyasının rəsmisi deyib ki, dövlətimizin başçısı İlham Əliyev 2004-cü il noyabrın 5-də Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. Bundan sonra İTV-nin maddi-texniki bazasının formalaşması istiqamətində mühüm işlər görülüb.
Vüqar Əliyev bildirib ki, televiziyanın fəaliyyətə başlaması münasibətilə təşkil olunan mərasimdə iştirak edən dövlətimizin başçısı yeni telekanalın Azərbaycan efir məkanında layiqli yer tutacağına əminliyini ifadə edib. Göründüyü kimi, İTV bütün ümidləri doğrultdu. İctimai Televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında tamamilə fərqli - ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürütdü. İTV Azərbaycan teleməkanına yeni nəfəs gətirdi. Telekanal öz ənənəsinə bu gün də sadiqdir.
İctimai Televiziyanın keçdiyi yola bir daha nəzər salan Vüqar Əliyev vurğulayıb ki, onillik zaman kəsiyi bu telekanalın inkişafı üçün yetərli olub. İTV artıq bir ictimai institut kimi formalaşıb. Bu gün bu kanal özünəməxsus verilişləri, inkişaf meyli ilə seçilib, fərqlənir.
Prezident Administrasiyasının rəsmisi hər zaman tarazlaşdırılmış, balanslı informasiya siyasəti həyata keçirən televiziyanın bundan sonra da Azərbaycan dövlətinin maraqlarını müdafiə edəcəyinə, bu yolda fəaliyyətini qətiyyətlə davam etdirəcəyinə əminliyini bildirib.
Tədbirdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov və Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov İTV-nin yaradıcı kollektivini 10 illik yubileyləri münasibətilə təbrik edərək onlara işlərində uğurlar arzulayıblar.
Bir sıra təşkilatlar adından İTV rəhbərliyinə fəxri fərmanlar təqdim olunub.
Tədbir tanınmış musiqiçilərin maraqlı konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

