Bu ilin 9 ayı Astara rayonunda da uğurlu nəticələrlə yadda qalıb
22.10.2015 [10:26]
Astara Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev toplantıda çıxış edərək, ölkəmizdə bütün istiqamətlərdə gedən sürətli inkişafın Astaranın timsalında da aydın göründüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, bu ilin doqquz ayında rayonda ümumi məhsul və xidmətlərin həcmi 3,1 faiz artıb. Ümumi məhsul və xidmətlərin 69,6 faizi məhsul istehsalı sahələrinin, o cümlədən 6,6 faizi sənayenin, 19,8 faizi tikinti kompleksinin, 43,2 faizi kənd təsərrüfatının payına düşüb. Doqquz ayda rayonda 615 iş yeri açılıb. Bunun da 435-i daimi iş yerləridir.
Bildirilib ki, “Kənd təsərrüfatı ili”ndə rayonda aqrar sahənin və sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fermer təsərrüfatlarına və fiziki şəxslərə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 17 layihə üzrə 210 min manat dəyərində güzəştli kreditlər, 765 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına ümumilikdə 104 min 821 manat məbləğində subsidiya verilib. Rayonun Şüvi və Ojakəran kəndi ərazisində yaradılmış çayçılıq təsərrüfatında 1 milyondan çox çay şitilləri yetişdirilib, Şüvi kəndi ərazisində 65 hektar sahədə yeni çay plantasiyası salınıb. Bu dövrdə rayonda 86 hektar sahədə buğda, 517 hektar sahədə paxlalı bitkilər, 234 hektar sahədə qarğıdalı, 1351 hektar sahədə kartof, 2727 hektar sahədə faraş tərəvəz, 682 hektar sahədə dənli bitkilər, 539 hektar sahədə bostan bitkiləri, 88 hektar sahədə yonca əkilib, 2725 ton ət, 22576 ton süd, 24,5 ton yun istehsal olunub.
Diqqətə çatdırılıb ki, doqquz ayda rayonda sosial məsələlərin həllinə də diqqət artırılıb, bir sıra yeni obyektlər istifadəyə verilib. Bu dövrdə Deqədi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırılması başa çatdırılıb, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Astara şəhərində 860 şagird yerlik orta məktəb binasının əsaslı təmiri və 12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanakəran-Miki, Taxtanakəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulmasına başlanılıb. Ələt-Astara magistral yolunun rayon ərazisindəki hissəsi, yerli əhəmiyyətli Pensər-Qamışovka, Pensər-Şahağacı yolları asfalt-betonla təmir edilib, Kijəbə-Burzubənd avtomobil yoluna 6700, Siyaku kənd daxili yollarına 2500 kvadratmetr asfalt döşənib, Marzəsəy və Sığəkəran kəndi istiqamətindəki avtomobil yolları təmir olunub. Pensərçayın Şiyəkəran kəndindən keçən hissəsində uzunluğu 45 metr və Şəmətük kəndi ərazisindən keçən hissəsində uzunluğu 18 metr uzunluğunda ikiaşırımlı yeni avtomobil körpüsünün tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib.
Toplantıda çıxış edənlər bu ilin doqquz ayında rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan ətraflı söhbət açaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

