Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BMT nümayəndəsi Azərbaycanın gənclər siyasəti barədə məlumatlandırılıb

BMT nümayəndəsi Azərbaycanın gənclər siyasəti barədə məlumatlandırılıb

23.10.2015 [10:17]

Oktyabrın 21-də BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktor müavini Olivye Adam Gənclər və İdman Nazirliyində olub.
AZƏRTAC xəbər verir ki, nazir Azad Rəhimov BMT-nin 70 illik yubileyi ilə əlaqədar oktyabrın 21-23-də ölkəmizdə keçiriləcək tədbirlərlə bağlı ölkəmizə səfərə gələn BMT nümayəndəsi ilə görüşdə ötən il Gənclər Siyasəti üzrə Qlobal Forumun keçirilməsində birgə əməkdaşlığın məhsuldarlığından danışıb. Qeyd edib ki, forumda dünyanın müxtəlif ölkələrindən 600-dən çox nümayəndə iştirak edib. Nazir vurğulayıb ki, belə tədbirlər əməkdaşlığın möhkəmləndirilməsinə kömək edir. Direktor müavininə ölkəmizdə gənclər siyasəti sahəsində görülən işlər, gənclər mərkəzlərinin fəaliyyəti barədə məlumat verilib.
O.Adam Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə BMT arasındakı qarşılıqlı münasibətlərin səviyyəsindən məmnunluğunu bildirib. O, sosial layihələrin reallaşdırılması və gənclər üçün seminar-treninqlərin təşkili sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
A.Rəhimov müvafiq sahədə yeni təşəbbüsləri və qarşılıqlı əlaqələrin istiqamətlərini müzakirə etməyə hazır olduğunu bildirib.

Paylaş:
Baxılıb: 720 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30