Milli mənəvi dəyərlərimizi yad təsirlərdən qorumaq hər kəsin borcudur
28.10.2015 [10:10]
“Azərbaycan gənc dövlətdir və cəmi 24 ildir ki, ağır itkilər hesabına yenidən qazandığı müstəqilliyinə qovuşub. Bu gün dünyanın ağır siyasi və iqtisadi böhran içində yaşadığı zamanda üzərimizə gələcək nəslə qüdrətli bir dövlət təhvil vermək kimi tarixi missiya düşür. Bu, əlbəttə çox ağır və məsuliyyətli vəzifədir”. AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 27-də Zərdabda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rayon icra hakimiyyətinin dəstəyi ilə keçirdiyi regional konfransda səsləndirilib.
Konfransı açan icra hakimiyyətinin başçısı Lütvəli Babayev islami dəyərlərin öyrənilməsi və düzgün təbliğindən, maarifləndirmə işlərinin zəruriliyindən, bu istiqamətdə rayonda görülən tədbirlərdən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslamın tarixi, milli mənəvi dəyərlərimizdə yeri, dövlət-din münasibətləri barədə ətraflı məlumat verib. Komitə sədri dünyada radikalizm meyillərinin güclənməsindən, bunun dəhşətli nəticələrindən, İslam pərdəsi altında siyasi hakimiyyət və ya var-dövlət qazanmaq cəhdlərindən bəhs edib.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət-din siyasətinin uğurlu nəticələri barədə danışan M.Qurbanlı dini maarifləndirmənin zəruriliyinə toxunub, dövlətimizin başçısının bu məqsədlə dini icmalara maliyyə yardımı göstərmək barədə müvafiq Sərəncamının əhəmiyyətini diqqətə çatdırıb.
Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu dinc, tolerantlıq şəraitində yaşayıb və indi də yaşamaqdadırlar. Bu dəyərlərin yad təsirlərdən, xarici emissarların fitnə-fəsadlarından qorumaq bu gün mühüm vəzifə kimi qarşıda durur. Bu sahədə, xüsusilə din xadimlərinin, dini icmaların diqqətli olmaları zəruridir. Xalqımız ənənəvi İslam dəyərlərinə söykənir və yad təsirləri heç vaxt qəbul etməyəcək. İslami dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi hər kəsin, xüsusən dindarların müqəddəs borcudur.
Konfransda Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Əli Məmmədov çıxış edərək, regionlarda dini radikalizm meyillərinə qarşı aparılan maarifləndirici tədbirlərdən danışıb.
Həmin gün Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Zərdab Cümə Məscidinə də gələrək dini icma rəhbərləri ilə görüşüb, məscidə dini kitablar hədiyyə edib.
Sonra gənclərlə görüş keçirilib, “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda çıxışlar olub.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

