/ / IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Mavi Dəniz Fondu”nun mütəxəssisi ilə görüşüb
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Mavi Dəniz Fondu”nun mütəxəssisi ilə görüşüb
28.10.2015 [10:28]
Oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Mavi Dəniz Fondu”nun (“Blue Marine Foundation”) Azərbaycanda səfərdə olan dəniz biomüxtəlifliyi üzrə mütəxəssisi Rori Mur ilə görüşüb.
Bu barədə IDEA İctimai Birliyindən AZƏRTAC-a məlumat verilib.
Məlum olduğu kimi, Böyük Britaniyanın dünya şöhrətli dəniz ətraf mühitinin mühafizəsi təşkilatı olan “Mavi Dəniz Fondu”nun sədri Çarlz Kloverin rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin fevral ayında IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın dəvəti ilə Azərbaycana səfər edib. Səfər zamanı Xəzər dənizinin ekoloji vəziyyəti müzakirə edilib və “Mavi Dəniz Fondu”nun aparıcı mütəxəssislərinin Xəzərin faunasının bərpasına cəlb edilməsi barədə razılıq əldə olunub.
Görüşdə Leyla Əliyeva IDEA tərəfindən regionun ətraf mühitinin mühafizəsi istiqamətində görülən işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Leyla Əliyeva Xəzərin ekoloji vəziyyətindən, xüsusilə də onun zəngin faunasının son zamanlar müşahidə olunan deqradasiyasından narahatlığını ifadə edib və vəziyyətdən çıxış yolu kimi beynəlxalq təcrübədən yararlanmağın vacibliyini bildirib. Bu məqsədlə IDEA tərəfindən dəniz ətraf mühiti üzrə ixtisaslaşmış aparıcı beynəlxalq mütəxəssislərlə sıx şəkildə əməkdaşlıq edilir.
Rori Mur Azərbaycanın zəngin balıq ehtiyatları ilə məşhur olduğunu və buna görə ölkəmizdə bu sahənin inkişafı üçün əlverişli potensialın mövcudluğunu qeyd edib. Britaniyalı mütəxəssis bildirib ki, səfəri çərçivəsində Xəzər dənizindəki və daxili sulardakı balıq ehtiyatları, eləcə də ölkəmizin balıq sənayesindəki vəziyyəti təhlil edəcək və bununla bağlı ətraflı hesabat hazırlayaraq IDEA İctimai Birliyinə təqdim edəcək. Hesabatda, həmçinin Xəzərin biomüxtəlifliyinin bərpası üzrə tövsiyələr də əks olunacaq. Rori Mur vəziyyətin yaxşılaşdırılması üçün müasir texnologiyaların tətbiqi və elmi metodlardan istifadə etməyin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Mavi Dəniz Fondu” 2010-cu ildə dəniz ətraf mühitinin mühafizəsi və okeanların üzləşdiyi təhlükələrin qarşısını almaq məqsədilə təsis edilib. Fondun missiyası 2020-ci ilə qədər qoruqlar yaratmaqla okeanların 10 faizinin səmərəli mühafizəsinə nail olmaqdır.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

