/ / Azərbaycan Mətbuat Şurası medianın parlament seçkilərini işıqlandırması ilə bağlı yekun rəyini açıqlayıb
Azərbaycan Mətbuat Şurası medianın parlament seçkilərini işıqlandırması ilə bağlı yekun rəyini açıqlayıb
02.11.2015 [10:49]
Azərbaycan Mətbuat Şurasının (MŞ) noyabrın 1-də keçirilən parlament seçkiləri ilə əlaqədar yaratdığı “qaynar xətt” və Şuranın İdarə Heyətinin üzvlərindən, həmçinin quruma üzv kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət monitorinq qrupu fəaliyyətini başa çatdırıb.
Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, saat 8-dən 19-dək jurnalistlərin parlament seçkilərini işıqlandırmalarına hər hansı maneə faktı qeydə alınmayıb, media mənsubları seçki məntəqələrində vəzifələrini sərbəst şəkildə icra ediblər. Şuranın monitorinq qrupu məntəqələrdə bunun üçün yaradılmış şəraitin yüksək səviyyədə olduğunu qeydə alıb. Gün ərzində “Qaynar xətt”ə cəmi bir müraciət daxil olub. Mərkəzi Seçki Komissiyasının yaxından köməyi ilə “Report” İnformasiya Agentliyinin müxbiri Orxan Əzimovun 24 saylı Nizami I seçki dairəsinin 19 və 20 saylı məntəqələrində peşə fəaliyyətini sərbəst yerinə yetirməsi təmin edilib, yaranmış anlaşılmazlıq operativ şəkildə aradan qaldırılıb.
Gün ərzində MŞ sədrinin müavinləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu 8 saylı Binəqədi I Seçki Dairəsinin 3, 9, 20 və 26, 9 saylı Binəqədi II Seçki Dairəsinin 11, 12 və 15 saylı məntəqələrində, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli 29 saylı Səbail Seçki Dairəsinin 1, 2, 3, 5, 10, 15 və 19 saylı məntəqələrində, 30 saylı Suraxanı I Seçki Dairəsinin 13, 14, 18 və 23 saylı məntəqələrində, MŞ İdarə Heyətinin üzvlərindən “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev 26 saylı Sabunçu I Seçki Dairəsinin 5, 9 və 15 saylı məntəqələrində, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli 41 saylı Sumqayıt I Seçki Dairəsinin 5, 20, 21 və 22 saylı məntəqələrində, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət 34 saylı Xətai II Seçki Dairəsinin əksər məntəqələrində, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 15 saylı Yasamal I Seçki Dairəsinin 2, 4, 9, 11 və 16 saylı məntəqələrində, 33 saylı Xətai I, 34 saylı Xətai II, 35 saylı Xətai III, 36 saylı Xətai IV seçki dairələrinin bir çox məntəqələrində, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev 21 saylı Nəsimi I Seçki Dairəsinin 1, 10, 11, 15, 16 və 24 saylı məntəqələrində, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı 11 saylı Qaradağ, 10 saylı Binəqədi III, 16 saylı Yasamal II, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı 28 saylı Sabunçu III, Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli 22 saylı Nəsimi II, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 35 saylı Xətai III, 19 saylı Nərimanov I və 20 saylı Nərimanov II, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl 8 saylı Binəqədi I və 9 saylı Binəqədi II seçki dairələrinə daxil olan məntəqələrdə səsvermənin gedişini izləyib, jurnalistlərə yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə gün ərzində bəzi deputatlığa namizədlərin seçki qərargahlarından müraciətlər daxil olub. Müraciət müəllifləri mübarizə apardıqları dairədəki digər namizədlərin müxtəlif media vasitələrindən yararlanaraq təbliğat və əks-təbliğat işləri apardıqlarını vurğulayıblar. Bu baxımdan eyni dairə ərazisindəki seçki məntəqələrində bir internet informasiya resursunun çoxsaylı əməkdaşının mövcudluğuna, onların seçicilərlə təmaslarda media mənsubu kimi deyil, namizədin tərəfdarı olaraq davranmalarına dair məqamlar qabardılıb. Müraciətlərdə həmçinin ayrı-ayrı saytların materiallarında yol verildiyi iddia edilən qanun pozuntusunun konkret namizədin (ad çəkilməklə) xeyrinə aparıldığının bildirilməsi də narazılıq doğurub.
Mətbuat Şurası bunları nəzərə alaraq jurnalistləri parlament seçkilərində ədalətli rəqabətə maneçilik törədən fəaliyyətdən uzaq durmağa, tərəfsiz mövqedən çıxış etməyə səsləyib. Qurumun məsələ ilə əlaqədar mövqeyi bundan ibarət olub ki, jurnalistikanın hazırkı işi ölkə ictimaiyyətini seçkinin gedişinə dair obyektiv və qərəzsiz məlumatlandırmaqdan ibarətdir. Mövcud xüsusda diqqət və riayət edilməli başlıca məqam media fəaliyyətinin Azərbaycan Respublikasının seçki qanunvericiliyində, habelə digər rəsmi sənədlərdə əksini tapmış müddəaları və “Azərbaycan jurnalistlərinin peşə davranışı Qaydaları”nın prinsipləridir. Şura jurnalistləri qarşıdakı günlərdə də parlament seçkiləri ilə bağlı məsələlərə peşə prinsiplərinin tələbləri çərçivəsində münasibət göstərməyə çağırır.
Ümumən, Azərbaycan mediası noyabrın 1-də parlament seçkilərini yüksək səviyyədə işıqlandırıb. Ölkə jurnalistləri prosesin əvvəlindən başlayaraq fəallıq nümayiş etdiriblər, mühüm taleyüklü hadisəyə həssas yanaşmaları ilə seçiliblər. Bu cəhət yayımlanmış informasiyaların kəmiyyət və keyfiyyətində əksini tapıb. Materialların mütləq əksəriyyətində peşə prinsiplərinə riayət edilərək tam tərəfsizlik gözlənilib.
Xəbər lenti
Hamısına baxMüsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30

