/ / Azərbaycan müxtəlif millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının nadir nümunəsidir
Azərbaycan müxtəlif millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının nadir nümunəsidir
17.11.2015 [10:10]
Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə, Beynəlxalq Tolerantlıq Gününə həsr edilən “Tolerantlıq: milli kimliklə vəhdət” mövzusunda “dəyirmi masa”-konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə DQİDK-nın, Qafqaz Müsəlmanları İdarəsinin, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin nümayəndələri, ölkədəki müxtəlif dini qurumların təmsilçiləri iştirak ediblər.
DQİDK-nın sədri Mübariz Qurbanlı ölkədəki tolerant mühitdən və Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətdən danışıb. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin bünövrəsini qoyduğu dövlət-din münasibətləri siyasəti bugünkü uğurlu tolerant mühitin əsasını təşkil edir. M.Qurbanlı vurğulayıb ki, Azərbaycanda tolerantlığın möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Azərbaycan tolerantlıq sahəsində dünyada qabaqcıl, müxtəlif dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalqlara və etnik qruplara öz varlığını qoruyub saxlamağa əlverişli imkan yaradıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı Azərbaycanda mövcud olan tolerantlıq ənənələrindən söhbət açıb, bu ənənələrin ölkəmizdə dərin köklərə malik olduğunu bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tolerantlığın ölkəmiz üçün yeni anlayış olmadığını söyləyib. Qeyd edilib ki, xalqımız əsrlərdən bəri bu xüsusiyyətlərini nümayiş etdirir. Azərbaycan müxtəlif millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının nadir nümunəsidir.
Beynəlxalq Tolerantlıq Günü münasibətilə konfrans iştirakçılarını təbrik edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Azərbaycanda dövlətin multikulturalizm siyasəti nəticəsində illərdir ki, bütün konfessiyaların nümayəndələrinin sülh və qardaşlıq şəraitində yaşadıqlarını bildirib.
Daha sonra Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Katolik İcmasının rəhbəri Vladimir Fekete, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Ceyhun Məmmədov və başqaları tolerantlıq ənənələri ilə bağlı fikirlərini bildiriblər. Natiqlər ölkəmizdəki tolerant mühitdən və müxtəlif dinlərə mənsub insanların bir-biri ilə mehriban ünsiyyətindən bəhs ediblər. Qeyd olunub ki, ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Bu gün ölkədə dini durum sabitdir. Burada heç vaxt dini qarşıdurmaya çağırış olmayıb, dini ayrı-seçkiliyi təbliğ və təşviq edən qruplar yoxdur və ölkə qanunları da bunun əleyhinədir. Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər bərqərar olub.
Konfrans ölkəmizdə hökm sürən tolerantlıq mühiti ilə bağlı dini konfessiya nümayəndələrinin və ekspertlərin hazırladıqları təqdimatlarla davam edib.
Tədbirin sonunda dövlət qeydiyyatından keçmiş dini icmalara şəhadətnamələr təqdim olunub.
DQİDK-nın sədri M.Qurbanlı bildirib ki, Beynəlxalq Tolerantlıq Günündə həm İslam, həm də qeyri-İslam dini icmalara qeydiyyat şəhadətnamələrinin təqdim olunması təsadüfi deyildir. Bu, həm ölkəmizdəki tolerantlığın, həm də hansı dini konfessiyaya mənsubluğundan asılı olmayaraq bütün dini icmalara bərabər münasibət göstərildiyinin bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10

