Maarifləndirici tur-aksiyanın iştirakçıları Gəncə və Şəmkirdə
18.11.2015 [09:55]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 16-da Biləsuvar, Cəlilabad, Salyan və Masallı rayonlarının məktəbliləri Gəncəyə gəliblər.
AZƏRTAC xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın girəcəyində ucaldılmış Zəfər tağı qarşısında böyük mehribanlıqla qarşılanan aksiya iştirakçıları Azərbaycanın bu qədim şəhərinə səfərlərindən məmnun qaldıqlarını bildirərək layihənin təşkilatçılarına minnətdarlıq ediblər.
Gəncədə həyata keçirilən abadlıq və yenidənqurma işləri haqqında məlumat verən şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva və şəhər təhsil idarəsinin rəisi Zakir Hüseynov bildiriblər ki, Biləsuvar, Salyan, Cəlilabad və Masallı şagirdləri Azərbaycanın necə sürətlə inkişaf etdiyini burada olduqları müddətdə daha aydın görəcəklər. Dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan və 450 hektar sahəsi olan park-kompleksə heyranlıqla tamaşa edən məktəblilərə deyilib ki, burada amfiteatr, müasir incəsənət muzeyi, Gənclər kafesi, bir neçə əyləncə mərkəzi, həmçinin möhtəşəm Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Zəfər tağının ətrafında yaradılmış fəvvarələr alleyası şəhər sakinlərinin, eləcə də qonaqların ən çox sevdikləri yerdir.
Sonra məktəblilər Heydər Əliyev Mərkəzinə gəliblər. Burada dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.
Bildirilib ki, iki ilə inşa edilən bu nəhəng tikilidə bütün şəhər sakinləri böyük məhəbbətlə iştirak ediblər. İndi onlar mərkəzi tez-tez ziyarət edir, burada Heydər Əliyevin Gəncənin, ümumilikdə Azərbaycanın inkişafı naminə göstərdiyi misilsiz xidmətləri yad edirlər.
Sonra məktəblilər mərkəzlə yaxından tanış olublar. Onlar burada Ulu öndərin həyat və fəaliyyətini əks etdirən guşələrə baxıblar.
Mərkəzlə tanışlıqdan sonra Biləsuvar məktəblilərindən ibarət qrupun rəhbəri Amil Şirinov AZƏRTAC-a deyib: “Gəncəyə gələrkən yolboyu bir neçə rayon ərazisindən keçdik. Abad kəndlər, rahat yollar məndə qürur hissi oyatdı və bu inkişafın nəyin bahasına əldə edildiyi barədə şagirdlərə ətraflı məlumat verdim. Söz yox ki, sabahın qurucusu olacaq bu uşaqlar tur-aksiya çərçivəsində ölkəmiz haqqında, onun bölgələri barədə daha ətraflı bilgi əldə edəcəklər. Bütün bunlara görə “Ölkəmizi tanıyaq” devizi ilə təşkil edilən tur-aksiyanın təşəbbüskarı olan dövlətimizin başçısına minnətdarıq”.
Cəlilabad şəhər 7 nömrəli orta məktəbin X sinif şagirdi Azər Şükürov sevincini belə ifadə edib: “Gəncə bölgəsinə gəlmək çoxdankı arzum idi. İndi bu arzum gerçəkləşdi. Buna görə çox sevinirəm. Bir də ona görə sevinirəm ki, bölgənin maddi-mədəniyyət abidələri ilə tanış olmaqla bərabər, özümə çoxlu dostlar da tapacağam”.
Salyan rayon 1 nömrəli orta məktəbin XI sinif şagirdi Mirgünay Bayramova isə AZƏRTAC-a deyib: “Gəncənin, Göygölün və Şəmkirin tarixi, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında çox eşitmişdim. Sevinirəm ki, eşitdiklərimi dörd gün müddətində əyani surətdə görəcəyəm. Rayonumuza qayıdanda gördüklərim barədə sinif yoldaşlarıma da danışacağam”.
* * *
Noyabrın 16-da Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən Astara, Lənkəran və Lerik məktəbliləri də Şəmkirin Heydər Əliyev Mərkəzinin qarşısında mehribanlıqla qarşılanıblar.
Tur-aksiya iştirakçılarına rayonun tarixi, mədəniyyəti, turizm potensialı barədə geniş məlumat verilib. Qeyd edilib ki, dörd günlük aksiya zamanı onlar Gəncə və Göygöllə yanaşı, Şəmkirdə də bir sıra maraqlı ekskursiyalarda olacaqlar.
Noyabrın 17-də isə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları Gəncənin tarixi və mədəni abidələri ilə yaxından tanış olublar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33

