Məktəblilər İsmayıllı rayonu ilə tanış olublar
18.11.2015 [10:00]
Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın ümumtəhsil məktəblilərinin yuxarı sinif şagirdləri üçün keçirilən növbəti tur-aksiya çərçivəsində noyabrın 16-da 8 rayondan, o cümlədən Abşeron, Qusar, Quba, Şabran, Siyəzən, Sumqayıt, Xaçmaz, Xızı bölgələrindən olan 280 nəfərədək məktəbli üç qrupda İsmayıllı rayonuna gəliblər.
AZƏRTAC xəbər verir ki, İsmayıllının mərkəzi meydanında təntənəli şəraitdə qarşılanan tur-aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada onlara Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlər barədə, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqqında ətraflı bilgilər verilib.
Sonra tur-aksiya iştirakçıları rayon mədəniyyət mərkəzində yerli musiqiçilərin ifasında konsertə tamaşa ediblər.
İsmayıllı şəhəri ilə tanış olan şagirdlər respublikamızın bu gözəl diyarı barədə, onun flora və faunası, mədəni, sosial-iqtisadi həyatı haqqında geniş məlumatlandırılıblar. Vurğulanıb ki, Böyük Qafqaz dağlarının cənub yamaclarında yerləşən rayonun ərazisindən Girdiman, Göyçay və Ax-ox çayları keçir. Babadağ yaxınlığında, dəniz səviyyəsindən 3400-3500 metr yüksəklikdə bir-biri ilə yanaşı üç təbii göl, 50-25 metr hündürlükdə şəlalələr bu yerlərin təbii sərvətidir. Ərazisində 70 min hektaradək meşə vardır.
İsmayıllı tarixi abidələri ilə də zəngindir. Xanagah kəndi yaxınlığında XVIII əsrə aid Qız qalası, Sulut kəndində XVIII əsrə aid olan Fitdağ məscidi, inşası Qafqaz Albaniyasının hökmdarı Cavanşirin adı ilə bağlı olan, VII əsrə aid qala və digər abidələr bu gün bölgəyə gələn hər kəsdə dərin təəssürat yaradır.
Lahıc, Basqal tarix-mədəniyyət qoruqları, el sənətkarları barədə məlumatlar məktəblilər tərəfindən son dərəcə maraqla qarşılanıb.
Sonra tur-aksiya iştirakçıları rayonda rusların məskunlaşdığı İvanovka kəndində də olublar.
Tur-aksiya iştirakçıları axşamüstü Qəbələyə yola salınıblar.
Xəbər lenti
Hamısına baxElm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54

