/ / Türkiyənin Azərbaycandakı səfirliyinin yeni təyin olunmuş müşaviri Azərbaycan Mətbuat Şurasında olub
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni təyin olunmuş müşaviri Azərbaycan Mətbuat Şurasında olub
18.11.2015 [10:08]
Dünən Türkiyənin Azərbaycandakı səfirliyinin yeni təyin olunmuş mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.
Qonağı salamlayan MŞ sədri Əflatun Amaşov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Şuranın Türkiyənin Azərbaycandakı səfirliyi ilə sıx əlaqələrinin mövcudluğunu bildirən Ə.Amaşov münasibətlərin səmərəli əməkdaşlığa çevrildiyindən məmnunluğunu ifadə edib. O, birgə reallaşdırılmış layihələr barədə söz açıb. “Düşünürəm ki, münasibətlərimiz kifayət qədər məhsuldar məcraya qədəm qoyub. Türkiyə səfirliyinin mətbuat müşavirliyi ilə Mətbuat Şurasının əlaqələri sistematik xarakter daşımaqdadır. Bu baxımdan əlbəttə, mədəniyyət müşavirliyinin də özünəməxsus rolu var. Müşavirliyin xətti ilə dəfələrlə Azərbaycan jurnalistlərinin Türkiyəyə, eləcə də türkiyəli media nümayəndələrinin ölkəmizə səfərləri təşkil olunub. Bu səfərlər hər iki ölkə xalqlarının bir-birini daha yaxından tanımalarına şərait yaradıb. Ortaq dəyərlərimizlə və problemlərimizlə yaxından tanış olmaq imkanı əldə etmişik. Hesab edirəm ki, Murat bəyin təyinatı indiyədək görülmüş işləri təkcə davamlı etməyəcək, bir qədər də dərinləşdirəcək”, - deyə Şura sədri vurğulayıb.
M.Karaçanta dost və qardaş Azərbaycanda məsul vəzifəyə təyinatından məmnunluq hissi keçirdiyini bildirib. Müşavirliyin Azərbaycan-Türkiyə mədəni əməkdaşlığının dərinləşməsinə gələcəkdə də ciddi önəm verəcəyini diqqətə çatdıran M.Karaçanta bu baxımdan media sahəsindəki işbirliyinin əhəmiyyətliliyini önə çəkib.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadenizin də qatıldığı görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, M.Karaçanta 1959-cu ildə Türkiyənin Qars şəhərində anadan olub. Əslən azərbaycanlı olan müşavir uzun müddət İzmirdə mədəniyyət və turizm sektorunda rəhbər vəzifə tutub. Azərbaycan onun diplomatik fəaliyyətə başladığı ilk ölkədir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

