Şəmkir Sərhəd Dəstəsinin daha bir sərhəd zastavası kompleksi istifadəyə verilib
27.11.2015 [09:58]
Noyabrın 25-də Şəmkir Sərhəd Dəstəsinin mürəkkəb relyefə malik ərazidə yerləşən daha bir sərhəd zastavası kompleksi istifadəyə verilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə iştirak edən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və digər qonaqlar şəxsi heyəti təbrik ediblər.
Mərasimdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə milli sərhəd strategiyasının uğurla realizə edilməsi, Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən xüsusi diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının xeyli möhkəmlənməsi, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılması qeyd edilib. Yeni istifadəyə verilən sərhəd zastavasının dövlət qayğısının növbəti təzahürü olduğu vurğulanıb. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə və həmin ərazilərdə Azərbaycan bayrağının dalğalanacağına əminlik ifadə olunub.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları “Dəmirtəpə” sərhəd zastavası kompleksində yaradılmış şəraitlə tanış olublar. Qısa müddətdə yüksək keyfiyyətlə həyata keçirilmiş əsaslı təmir-tikinti və yenidənqurma işlərindən sonra istifadəyə verilmiş sərhəd zastavası kompleksində sərhədçilər üçün lazımı xidməti-döyüş şəraiti yaradılıb. Sərhəd zastavasının ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb. Ən müasir tələblərə cavab verən sərhəd zastavasında şəxsi heyət üçün yataqxana, yeməkxana, xüsusi təyinatlı otaqlar, təlim şəhərcikləri, nizami meydan, idman meydançaları, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemi və digər tikililər sərhədçilərin istifadəsinə verilib. Zastavada zabit və gizirlər üçün tikilmiş yeni mənzillər zəruri mebel və avadanlıqlarla tam təmin edilib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

