Konfransda “Qafqazda mədəni-dini irsin qorunması” mövzusu müzakirə olunub
05.12.2015 [11:05]
Dekabrın 4-də Bakıda “Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda konfrans keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə tarixən Qafqaz ərazisində mövcud olmuş mədəni-dini abidələrin vəziyyəti, həmin abidələrə qarşı törədilmiş vəhşiliklər müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, Milli Məclis deputatlarının, alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru Aytən Mustafayeva Prezident İlham Əliyevin apardığı siyasətin əhəmiyyətindən danışıb, ölkəmizdə mədəni-dini irsin qorunmasına daim xüsusi önəm verildiyini vurğulayıb.
Qəsbkar ermənilər tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində abidələrimizə qarşı törədilən vəhşiliklərdən danışan A.Mustafayeva bu barədə dünya ictimaiyyətinə ətraflı məlumat verilməsinin vacibliyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz ərazisinin tarixən bir çox millətlərin birgə yaşayış məkanı olduğunu, xüsusən Azərbaycanın öz multikultural dəyərlərinə görə dünyada tolerantlıq nümunəsinə çevrildiyini bildirib.
Ölkəmizdə müxtəlif dinlərə məxsus abidələrin xüsusi dövlət mühafizəsi altında olduğunu, onların dünya mədəni irsinin tərkib hissəsi kimi qorunduğunu qeyd edən M.Qurbanlı bildirib ki, buna rəğmən ermənilər beynəlxalq təşkilatlar tərəfindən mədəni-dini irsin qorunması ilə bağlı qəbul olunmuş bütün sənədlərə məhəl qoymayaraq, zəbt etdikləri torpaqlarımızda abidələrimizi dağıdırlar.
M.Qurbanlı mədəni-dini irsin bəşəri dəyərlərə malik olduğunu da xatırladıb.
Tədbirdə “Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizmi” adlı film nümayiş etdirilib.
Sonra müxtəlif mövzularda məruzələr dinlənilib.
Məruzəçilər məkrli ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri bədnam əməllərdən söz açıblar. Qafqaz ərazisindəki mədəni-dini abidələrin qorunmasının və dünya mədəni irsi kimi gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

