Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III Məclisinin iclası keçirilib
26.12.2015 [11:30]
Dekabrın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHIK) III Məclisinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Məclis üzvlərinin, respublikanın şəhər və rayonlarından həmkarlar ittifaqı təşkilatları nümayəndələrinin iştirak etdikləri iclasda təşkilati məsələlərə baxılıb, “Uşaq əməyi: mövcud vəziyyət və gələcək addımlar” mövzusunda məruzə dinlənilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev məruzə ilə çıxış edərək bildirib ki, hər bir ölkədə vətəndaş əmək qabiliyyətini qanunla yol verilən istənilən formada reallaşdıra bilər. Konstitusiyada təsbit olunan normalar cəmiyyətin digər üzvləri ilə yanaşı, uşaqlara da aiddir. Təbii ki, burada söhbət bütün uşaqlardan deyil, müəyyən yaş həddinə çatmış və səhhəti işləməyə imkan verənlərdən gedir.
Qeyd edilib ki, uşaq əməyi dedikdə uşaqların psixi və fıziki sağlamlığına zərər vuran və onların mükəmməl inkişafına maneçilik törədən hər hansı bir iş növü nəzərdə tutulur. Heç bir hökumət uşaq əməyini müdafiə etmir. Hamı etiraf edir ki, uşaq əməyinə son qoyulmalıdır. Uşaq əməyi haqlı olaraq gələcəksiz həyat adlandırılır. Uşaq əməyindən istifadə edən hər bir cəmiyyət bununla özünü gələcəyindən məhrum edir. Uşaqların yeri müəssisədə deyil, məktəbdədir.
Qeyd edilib ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına əsasən, dünyada 5-14 yaşlarında olan 246 milyondan çox uşaq əmək fəaliyyəti ilə məşğuldur. Onlardan təqribən 180 milyonu təhlükəli şəraitdə işləyir. Silahlı münaqişələrdə qul kimi işlədilənlər də kifayət qədərdir. Dünyadakı işgüzar fəallığın dörddə birini uşaqlar görür. Sahibkarlar uşaqları istismar edir, başqa sözlə, onlara gəlirlərini artıran bir alət kimi baxırlar. Bütün dünyada uşaq əməyinin səviyyəsi məhz sosial ədalətsizlik və bərabərsizlik səbəbindən artmaqdadır. Firavan həyat axtarışı ilə sərhədləri keçən milyonlarla adam hər il insan alverinin və məcburi əməyin qurbanına çevrilir. Onların 50 faizini azyaşlıların təşkil etdiyi bildirilir. Təsadüfi deyil ki, BƏT-in “Əmək sahəsində fundamental prinsiplər və hüquqlar haqqında” 1998-ci il tarixli Bəyannaməsində və onun həyata keçirilmə mexanizmini təsbit edən sənəddə uşaq əməyinin ləğv edilməsi dörd əsas prinsipdən biri kimi qeyd olunub.
Səttar Mehbaliyev vurğulayıb ki, Azərbaycanda əhalinin 22.3 faizini 15 yaşından aşağı, 18.3 faizini isə 15-24 yaş arası insanlar təşkil edir. Odur ki, təhsil imkanlarının təkmilləşdirilməsi və gənclərin əmək bazarına daxil edilməsi ölkənin gələcək inkişafı üçün prioritet sahələrdəndir. Bu baxımdan, Azərbaycanda cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına ənənəvi olaraq xüsusi əhəmiyyət verilir. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası ilə və bir sıra qanunverici, normativ-hüquqi aktlarla tənzimlənir.
Azərbaycanda uşaqlarla bağlı siyasətin həyata keçirilməsinə məsul əsas mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Adından da göründüyü kimi, komitə ailə, qadın və uşaq problemləri ilə bağlı dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirir. Bu qurum uşaq əməyinə qarşı mübarizə aparılmasını da daim diqqət mərkəzində saxlayır.
Məruzəçi bildirib ki, Azərbaycan hökuməti ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların dəstəyi ilə həssas qruplara aid olan uşaqların problemlərinin həll edilməsi istiqamətində mühüm tədbirlər görür. Dövlətin xüsusi qayğı göstərdiyi belə həssas qruplardan biri valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Bu kateqoriyadan olan uşaqların orta ixtisas və ali təhsil aldığı müddətdə sosial müdafiəsini təmin etmək üçün Azərbaycan Respublikasının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunu qəbul edilib. Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi istiqamətində atılmış ən mühüm addımlardan biri “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın qəbul edilməsidir. Proqram çərçivəsində artıq onlarla uşaq ailələrə verilib, öz bioloji valideynlərinə qaytarılıb. Xüsusi qayğıya ehtiyacı olan digər kateqoriyalı uşaqlarla - küçələrdə yaşayan uşaqlarla reabilitasiya işinin aparılması üçün də müəyyən addımlar atılıb.
AHİK-in sədri deyib ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsini bir sıra dövlət orqanları və ictimai birliklərlə yanaşı, həmkarlar ittifaqı təşkilatları da təmin etməlidir. Azərbaycan həmkarlar ittifaqları uşaq və yeniyetmələrə dair üzərinə düşən vəzifələri daim dəqiqləşdirir, imkanlarını onların hüquq və mənafelərinin qorunmasına səfərbər edir, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbirləri həyata keçirir. Uşaq hüquqları və əmək məsələlərinin müsbət həlli vətəndaşların və onların ailə üzvlərinin məşğulluğu və yaşayiş səviyyəsi ilə sıx bağlıdır. Buna görə də həmkarlar ittifaqları ölkədə vətəndaşların bacarıqları və yaradıcılıqlarının inkişafı üçün əlverişli şəraitin yaradılmasına çalışırlar.
AHİK və ona üzv təşkilatlar artıq bir neçə ildir ki, şagirdlərə və tələbələrə təqaüdlər verir. Bu günə qədər 1600-dən artıq gənc adlı təqaüdə layiq görülüb. Konfederasiya 56 imkansız tələbənin illik təhsil haqqının bir hissəsini ödəyib, yeddi mindən çox tələbəyə maddi yardım göstərilib. İki minə yaxın tələbəyə pulsuz yemək verilməsi təşkil olunub. Son 5-6 ildə həmkarlar ittifaqlarının uşaq-sağlamlıq düşərgələrində 14 min nəfərdən artıq uşaq istirahət edib, bu məqsədlə 2 milyon manata yaxın vəsait xərclənib. Bundan əlavə, 40 min nəfərdən çox uşaq və yeniyetmənin valideynləri ilə birlikdə istirahəti üçün 10 milyon manatdan çox vəsait sərf edilib, aztəminatlı ailələrin, məcburi köçkünlərin, qaçqınların uşaqları pulsuz istirahət edib və müalicə olunub.
Məruzəçi bildirib ki, AHİK tərəfindən bu gün də ölkədə uşaq əməyinin aradan qaldırılması üzrə sosial tərəfdaşlarla məsləhətləşmələr aparılır, mümkün strategiyalar və vəzifələr müəyyənləşdirilir, tədbirlər həyata keçirilir. Məqsəd sosial tərəfdaşların fəaliyyətinin koordinasiyası, bilik bazasının yeniləşdirilməsi, uşaq əməyinin ən pis formalarının və məcburi əməyin qarşısının alınması, uşaqların yenidən normal həyata inteqrasiyasıdır.
Diqqətə çatdırılıb ki, hazırda Beynəlxalq Əmək Təşkilatının təklifi və dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Uşaq əməyinin qarşısının alınması üzrə bacarıqların inkişafı” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi həmkarlar ittifaqlarının uşaq əməyi sahəsində məlumatlandırılmasına, üzv təşkilatlar tərəfindən AHİK-in uşaq əməyinə dair siyasətinin həyata keçirilməsinə nail olmaqdır. Artıq Azərbaycan həmkarlar ittifaqlarının uşaq əməyinə dair Fəaliyyət Planı hazırlanıb və qəbul edilmək üçün Məclis üzvlərinə paylanıb.
AHİK-in III Məclisində Dövlət Əmək Müfəttişi Xidmətinin rəisi Fuad Əlizadə, BƏT-ın Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev və digər çıxış edənlər müvafiq sahədə mövcud problemlərdən və onların həlli yollarından danışıblar.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

