Qaradağ rayonunda yeni Gənclər evi istifadəyə verilib
31.12.2015 [09:47]
Dekabrın 30-da Qaradağ rayonunun Sahil qəsəbəsində Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilən Gənclər evi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, son illər rayonda idman zalları, həmçinin yeni məktəb və bağça binaları tikilib, gənclərin asudə vaxtının səmərəli təşkil olunması üçün lazımi şərait yaradılıb. Rayon sakinlərini Gənclər evində yaradılmış şəraitdən maksimum bəhrələnməyə çağıran Süleyman Mikayılov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Bu günün Qaradağ rayon sakinləri üçün əlamətdar olduğunu bildirən gənclər və idman nazirinin müavini İntiqam Babayev mərkəzin gənclərin bir araya gəlməsi və birgə layihələr həyata keçirməsi üçün ideal məkan olduğunu vurğulayıb. Məlumat verib ki, ölkəmizdə Gənclər evi şəbəkəsi genişlənməkdədir. Hazırda 34 Gənclər evi fəaliyyət göstərir. Növbəti illər üçün də yeni belə mərkəzlərin inşası nəzərdə tutulur. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin prioritetlərindən biri də gənclərin inkişafı, onların sosial rifahının yüksəlməsi, ictimai proseslərdə fəal iştirakıdır. Bu gün Azərbaycanın gənclər siyasəti dünyada bir model olaraq qəbul olunur.
Milli Məclisin deputatları Aydın Hüseynov və Şahin İsmayılov respublikamızda gənclər siyasətinin uğurla reallaşdığını diqqətə çatdırıblar. Bildiriblər ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Qeyd edək ki, tikintisinə 2013-cü ildə başlanılan üçmərtəbəli Gənclər evində xalçaçılıq və toxuculuq dərnəyi, kompyuter qrafikası kursu fəaliyyət göstərir. Burada gənclər və idman idarəsi üçün iş otaqları, gənclərin intellektual klubu, sərgi salonu, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətlərini əks etdirən fotoguşələr yerləşir. Gənclər evində, həmçinin internet klub, karyera mərkəzi, istedadların hazırlığı laboratoriyası, stolüstü oyunlar və musiqi dərnəkləri, videostudiya yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17

