Samux ictimaiyyəti antiböhran tədbirləri barədə məlumatlandırılıb
30.01.2016 [10:26]
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov yanvarın 29-da Samuxda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev əvvəlcə ölkədə həyata keçirilən antiböhran tədbirləri, süni qiymət artımına qarşı mübarizə və ictimai nəzarət mexanizminin müəyyənləşdirilməsi məsələləri haqqında məlumat verib.
Sonra çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkədə hökm sürən siyasi sabitlik, regionların sosial-iqtisadi inkişaf proqramlarının vaxtında və dəqiq icrası, yaradılan güclü iqtisadi potensial, müxtəlif sahələrdə aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı, büdcənin neft amilindən asılılığının tədricən azaldılması, sahibkarlıq mühitinin inkişaf etdirilməsi və digər tədbirlər sayəsində ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı dayanıqlığını təmin etmək mümkün olub.
Milli Məclis sədrinin müavini qeyd edib ki, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ölkəmizin strateji məhsulu olan xam neftin satışından əldə edilən valyuta ehtiyatlarına da təsir göstərib. Lakin mövcud çətinliklərə baxmayaraq, dövlətimizin başçısının əsasını insan amili təşkil edən siyasətinə uyğun olaraq, bütün sosial proqramlar tam həcmdə yerinə yetirilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilir. Bir sıra sahələrdə çalışan işçilərin maaşları, sosial müavinətlər, əmək pensiyasının baza hissəsi artırılıb.
Valeh Ələsgərov bildirib ki, özəl bölmənin inkişafı istiqamətində görülən işlər, xüsusilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində dövlətimizin başçısı tərəfindən qəbul edilmiş qərarlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın gələcəkdə böyük uğurlarının gənc nəslin yüksək təhsilindən asılı olduğunu vurğulayan V.Ələsgərov deyib: “Dövlət bu illər ərzində çox böyük işlər gördü. Azərbaycanda hüquqi-dünyəvi dövlət quruldu, demokratik cəmiyyət yaradıldı. Neft gəlirlərimizin artması bizə imkan verdi ki, bır sıra layihələr həyata keçirək, infrastrukturumuzu yeniləyək. İndi Azərbaycanın bütün şəhərləri, rayonları, qəsəbələri abadlaşıb. Amma unutmaq olmaz ki, bütün sahələrdə bilikli kadr lazımdır. Övladlarınıza yüksək təhsil verin və əmin olun ki, onlar gələcəkdə nəinki ailələrinə, həm də bütün ölkəmizə uğur qazandıracaqlar”.
Samuxlular dövlətimizin başçısının antiböhran tədbirlərini dəstəklədiklərini bildirib, bir sıra təkliflərlə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxElanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11

