Xəzər rayonunda 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib
02.02.2016 [09:51]
Dünən Zirə Mədəniyyət Mərkəzində Xəzər Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı, Xəzər İnkişaf Fondu və Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. N.Əhmədov YAP Xəzər rayon təşkilatının sıralarında xeyli sayda gənclərin birləşdiyini və onların rayonun ictimai-siyasi həyatında aktiv iştirak etdiklərini diqqətə çatdırıb.
Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev çıxış edərək 2 fevral - Gənclər Günü münasibətilə gəncləri təbrik edib. O qeyd edib ki, bir neçə gün öncə gənclərin bir qrupu ilə görüşən Prezident İlham Əliyev Azərbaycan gənclərinə bir sıra tövsiyələr verib: “Dövlət başçısı qeyd edib ki, bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmaqdır. Cənab Prezident həmçinin bildirib ki, indi əsas məqsəd ölkəmizdəki inkişafın dayanıqlı olmasını təmin etməkdir və bu məsələdə gənclərin fəaliyyəti onların baxışları həlledici rol oynamalıdır. Dövlət başçısı gənclərə milli dəyərlərimizi hər şeydən üstün tutmağı, vətənpərvərlik və mənəvi məsələlərdə hər zaman prinsipial olmağı tövsiyə edib, gənclərin bundan sonra da ölkəmizin inkişafına xidmət edəcəklərinə əminliyini bildirib. Xəzər rayon gəncləri də dövlət başçısının bu tövsiyələrinə əməl edərək rayonun sosial-iqtisadi, ictimai-siyasi, mədəni və idman həyatında daha da fəal iştirak edirlər və bundan sonra da edəcəklər. Bunun üçün rayonumuzda hər cür şərait yaradılıb”.
Tədbirdə həmçinin Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev və rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək gənclər sahəsində görülən işlərlə bağlı fikirlərini bildiriblər.
Daha sonra rayonun bir qrup fəal gəncinə fəxri fərmanlar və YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir konsert proqramı ilə işini başa vurub.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

