/ / Xocalı soyqırımı ilə bağlı Nizami rayonunun məktəbliləri arasında inşa müsabiqəsinə start verilib
Xocalı soyqırımı ilə bağlı Nizami rayonunun məktəbliləri arasında inşa müsabiqəsinə start verilib
05.02.2016 [09:37]
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı, “İki sahil” qəzetinin dəstəyi ilə “Xocalı - unudulmayan qan yaddaşımız” mövzusunda inşa müsabiqəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova Xocalı soyqırımının insanlığa qarşı ən dəhşətli cinayət olduğunu bildiriblər. Qeyd olunub ki, Ermənistan rəhbərliyi bu soyqırımını törətməklə xalqımızı qorxutmaq və vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq məqsədi güdüb. Lakin bu hadisələr Azərbaycan xalqının əzmini qıra bilməyib.
Müsabiqə komissiyasının sədri, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist Vüqar Rəhimzadə bildirib ki, bu cür müsabiqələrlə həm gənc nəslin Azərbaycan tarixi ilə bağlı maarifləndirilməsinə, həm də onların bilik və bacarıqlarını, jurnalistikaya olan maraqlarını, potensiallarını üzə çıxarmağa çalışırıq. İnşa yazı müsabiqəsinə iki dildə - Azərbaycan və rus dillərində yazılar qəbul ediləcək. Bununla da Prezident İlham Əliyevin multikulturalizm siyasətinə, ölkəmizdəki tolerant dəyərlərə verilən önəm bir daha qabardılacaq. Eyni zamanda, bununla Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyasına gənc nəslimizin dəstəyi bir daha ifadə ediləcək.
Bildirilib ki, inşa müsabiqəsi Nizami rayonu ərazisində 30-dək təhsil müəssisəsi arasında keçiriləcək. İki dildə qəbul ediləcək yazılar xüsusi komissiya tərəfindən yoxlanılacaq. Müsabiqənin qalibləri mükafatlandırılacaqlar.
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

