Dini radikalizmə qarşı mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir
16.03.2016 [09:53]
Tərtər şəhərindəki Gənclər Mərkəzində “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və bölgənin din xadimləri, dini icma sədrləri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə milli mənəvi dəyərlərə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən yüksək qayğıdan danışıb, rayondakı dini durum haqqında ətraflı məlumat verib. Bildirib ki, Tərtər rayonunda dini maarifçilik sahəsində, vətəndaşların radikal dini qruplaşmaların, qeyri-ənənəvi təriqətlərin təsirinə düşməməsi, mövhumata və xurafata meyillənməməsi üçün mütəmadi işlər aparılır. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bu gün dini durum sabitdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov müşavirədə çıxış edərək, xalqımızın əsrlər boyu formalaşdırdığı milli mənəvi dəyərlərdən, multikulturalizm ənənəsindən, müasir dünyada getdikcə güclənən dini radikalizm və onun fəsadlarından danışıb. Bildirib ki, aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir. İslamı parçalamaq və gözdən salmaq üçün dini cərəyanlar yaradılıb. İslamın siyasiləşdirilməsinə və İslam dövlətləri daxilində qarışıqlıq yaradılmasına yönələn siyasət həyata keçirilir.
Səyavuş Heydərov qeyd edib ki, müasir müstəqil Azərbaycan dünyaya təkcə enerji təhlükəsizliyində deyil, eyni zamanda, qlobal təhlükəsizlik məsələlərində də töhfə verən ölkəyə çevrilib. Bu gün Azərbaycanda qlobal təhlükəsizlik məsələləri müzakirə olunur. Artıq dünya birliyi Azərbaycanı tolerantlıq nümunəsi kimi görür. Azərbaycan təcrübəsindən bəhrələnməyə çağırır.
S.Heydərov bildirib ki, dini təhlükəsizlik Azərbaycanın dövlət təhlükəsizliyinin mühüm elementidir. Ölkədə dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir. Bu işdə təkcə dövlət, hüquq mühafizə orqanları deyil, hər bir ölkə vətəndaşı, xüsusən də din xadimləri fəal olmalıdırlar.
Seminar-müşavirədə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Ramazan Hüseynov və Qarabağ seyid ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək, radikal dini qrupların təbliğatının qarşısının alınmasından, ölkədə tolerantlıq mühitinin qorunub saxlanmasından bəhs ediblər. Vurğulanıb ki, milli mənəvi dəyərlərimizi, ölkəmizdəki mövcud əmin-amanlıq mühitini qorumaq hamımızın vətəndaşlıq borcudur.
Xəbər lenti
Hamısına baxElm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16

