Məktəblilərin Lerik və Astaraya səfəri maraqlı məqamlarla yadda qalıb
29.03.2016 [11:05]
Sumqayıt və Şuşa şəhərlərinin, Abşeron, Tərtər, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarının məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkəranla tanışlıqdan sonra martın 26-da Lerik və Astara rayonuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, məktəblilər Lerikdə Heydər Əliyev Mərkəzində, tarix-diyarşünaslıq və uzunömürlülər muzeylərində, “Relax” turizm və istirahət mərkəzində olublar.
Uzunömürlulər Muzeyində toplanan eksponatlara böyük maraqla tamaşa edən şagirdlərə məlumat verilib ki, Azərbaycanın dilbər guşələrindən biri olan Lerik rayonu təkcə özünün qədim tarixi, əsrarəngiz təbii gözəllikləri ilə deyil, uzunömürlü insanları ilə də tanınır. Vaxtilə planetimizin ən qocaman sakini olan Şirəli Müslümov dağlar qoynunda 168 il ömür sürüb. Muzeyin direktoru Dilarə Fətullayeva qeyd edib ki, hazırda rayonda yaşı 80-ni ötmüş 775, 89-90 yaş arası 100 nəfər, yaşı 100-dən yuxarı olan 8 uzunömürlü yaşayır.
Lerikdən sonra Astaraya gələn məktəbliləri rayon icra hakimiyyətinin, təhsil və mədəniyyət şöbəsinin məsul işçiləri, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri qarşılayıblar. Astara rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova tur-aksiya iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunan tur-aksiyaların məktəblilərin dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.
Tur-aksiyanın iştirakçıları Astaraya səfər çərçivəsində Heydər Əliyev Mərkəzində Ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olub, “Astaraçay” fabrikində istehsal prosesini izləyib, Astara şəhərində Xəzər dənizi sahili boyu 8 hektar ərazidə salınmış park-bulvar kompleksində gəziblər. Qonaqlar kompleksin ərazisində inşa edilmiş dünyanın ən böyük təndiri - “Sehirli təndir” önündə xatirə şəkli çəkdiriblər.
Məktəblilər, həmçinin rayonun Ərçivan qəsəbəsində “Yanar bulaq”da olub, “Ulduz” bədii filminin müəyyən epizodlarının lentə alındığı məkana baş çəkiblər.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35

