Yas mərasimlərində rast gəlinən mənfi halların aradan qaldırılması ictimai zərurətə çevrilib
30.03.2016 [11:15]
Ekspertlər bu cür neqativ ənənələrin İslam dini qaydalarına zidd olduğunu bildirirlər
Bəşər sivilizasiyasının inkişafı müxtəlif xalqların, cəmiyyətlərin adət-ənənələrində, sosial vərdişlərində müəyyən dəyişikliklərin meydana çıxmasını şərtləndirib. Ümumiyyətlə, ayrı-ayrı toplumların əsrlər boyu əxz etdikləri ənənələr, icra olunan rituallar zamanla dəyişikliklərə məruz qalmaqla yanaşı, fərqli çağırışların aktuallaşmasına da səbəb olub. Məsələn, xüsusilə Şərq cəmiyyətlərində vəfat edən insanların dəfn edilməsi və ona təziyə saxlanılması məsələsi hər zaman sosial ənənələrin tərkib hissəsi kimi çıxış etdiyindən diqqət mərkəzində olub, həmçinin geniş ictimai müzakirə predmetinə çevrilib, fərqli fikirlər ortaya qoyulub. Hazırkı dövrdə isə İslam ölkələrində bu ənənələrlə bağlı müxtəlif polemikalar aparılır, teoloji və sosioloji yanaşmalarda belə bir məqam əks olunur ki, zamanın tələblərinə uyğun olaraq bu istiqamətdə mütərəqqi dəyişikliklərə ehtiyac var.
Bu məsələlərlə bağlı Azərbaycan cəmiyyətində mövcud olan durum da geniş müzakirə predmetinə çevrilməkdədir. Bəllidir ki, özünəməxsus ənənələrə malik olan Azərbaycan xalqı tarix boyu öz milli-mənəvi dəyərlərini mühafizə edib. Cəmiyyət daxilindəki dəyərləri, milli xüsusiyyətləri əks etdirən adət-ənənələr xalqımızın digər toplumlardan fərqini ortaya qoymaqla yanaşı, tarixi zənginlikləri özündə birləşdirib. Müasir dövrdə isə dəyişən çağırışlar kontekstində yeni sosial tələblər ortaya çıxır. Bu tələblər, ilk növbədə, cəmiyyət daxilindəki bəzi ənənələrin, milli adətlərin müəyyən qədər dəyişikliyə məruz qalmasını zəruri edir. Məsələn, yas mərasimləri və ya digər toplu - kütləvi mərasimlərin keçirilməsi zamanı ortaya çıxan bəzi halların (xüsusilə də israfçılığın) aradan qaldırılması bu qəbildən olan məsələlərdəndir. Bu məsələ hazırda Azərbaycan cəmiyyəti üçün xüsusi aktuallıq kəsb edir. Bəhs edilən kontekstdə başlıca mexanizm qismində maarifləndirmə tədbirləri çıxış edir. Milli adət-ənənələr ictimai şüurun bir forması olduğuna görə bu çərçivədə istinad ediləcək başlıca vasitə məhz maarifləndirmə olmalıdır.
Ümumiyyətlə, ekspertlərin də qənaətincə, bu problemin həll olunmasında ən optimal variant maarifləndirmə işlərinin aparılmasıdır. Hər bir bölgənin ağsaqqallarının, nüfuzlu insanlarının, eləcə də din xadimlərinin olduğunu nəzərə alsaq, o zaman qeyd edə bilərik ki, əhali arasında təbliğat işlərinin aparılması elə də çətin deyil. Çünki həm alimlərə, həm də böyüklərə, ağsaqqallara, nüfuzlu insanlara hörmət və onların tövsiyələrinə əməl etmək Azərbaycan xalqının tarixən formalaşmış milli xüsusiyyətidir.
Qeyd edək ki, Azərbaycandakı yas mərasimlərində israfçılıq halları, ehsan verilməsi qaydasına nəzarətlə bağlı Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən addımlar atılıb. Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə insanlara müraciət edərək yas mərasimlərində israfçılığa yol verməməyə çağırıb. Bununla bağlı yetərli fətvalar, bəyanatlar verilib.
Beləliklə, adət-ənənələrin zamanın süzgəcindən keçərək müəyyən dəyişiklik və təkamülə məruz qalması bu cür halların ortadan qalxmasını zəruri edir. Bu gün Azərbaycan cəmiyyəti mütərəqqi dəyərlər əsasında inkişaf edir. Ona görə də milli adət-ənənələrin mühafizəsi cəmiyyətin inkişafı və tələblərinə mütənasib olmalıdır. Bu, qeyd etdiyimiz kimi, cəmiyyət daxilində kök salmış bəzi dini ənənələrdə də - xüsusilə də dəfn mərasimləri kimi ayinlərdə - özünü göstərməlidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsini icra edən Elnarə Kərimova məsələ ilə bağlı qeyd edib ki, bəşər sivilizasiyasının inkişaf tarixi boyunca dünyanın müxtəlif xalqlarının həyatında yas mərasimləri adət-ənənəyə çevrilmişdir: “Əksər müsəlman ölkələrində yas mərasimlərində təmtəraqdan qaçılır. Yalnız üç gün müddətində başsağlığı üçün gələn qonaqlara su, xurma verilir, yaxud da ölən şəxsin qonşuları tərəfindən yemək bişirilir və qonaqlara paylanılır. Başsağlığı üçün gələn ziyarətçilər arasında ölənin ailəsinə kömək üçün maddi vəsait toplanır. Vəfat etmiş şəxsin əşyaları və geyimləri kasıb insanlara verilir ki, bu da dünyasını dəyişmiş şəxsin o dünyada mükafatlandırılacağı inancı ilə bağlıdır”.
“Təəssüf ki, ölkəmizdə yas mərasimləri öz israfçılığı və təmtərağı ilə seçilir”, - deyən E.Kərimova əlavə edib: “Məsələn, bir ailədən bir nəfər dünyasını dəyişir. Onun dəfni ilə yanaşı, bir sıra yersiz adətlər icra olunmağa başlanılır. Bu ağlasığmaz adətlər nəinki İslam dinində yoxdur, hətta şəriətlə ziddiyyət təşkil edir. Bəzən də o adətlər zülm və günah vasitəsinə çevrilir”.
Onun sözlərinə görə, yas mərasimlərimizdə yol verilən hədsiz israfçılıq acınacaqlı haldır: “Qurani-Kərimin “İsra” surəsinin 29-cu ayəsində bununla bağlı buyurulur: “Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!” “Əraf” surəsinin 31-ci ayəsində də belə buyurulur: “Yeyin-için, ancaq israf etməyin, çünki (Allah) israf edənləri sevməz”.
E.Kərimova əlavə edib ki, ölü üçün “ehsan vermək” ifadəsinin əsl mahiyyətinə də varmaq lazımdır: “Ehsan mərhumun ruhu naminə görülən bütün xeyir əməlləri ehtiva edir. Bu, o deməkdir ki, ehsan, sadəcə, yemək süfrəsindən ibarət deyildir. Vəfat etmiş yaxını üçün ehsan vermək istəyən şəxs həmin yemək süfrəsini uşaq və qocalar evində aça bilər. Eyni zamanda, yemək süfrəsinə xərclənəcək vəsait köməksiz xəstələrin müalicəsi üçün xərclənə və ya yol çəkilməsi, bulaq tikilməsi kimi xeyriyyə işlərinə sərf oluna bilər”.
“Yas mərasimləri ilə bağlı bütün İslam alimləri, ictimai xadimlər, eləcə də Qafqaz Müsəlmanları İdarəsi də fətva ilə çıxış edərək, israfdan uzaq, İslam dininə uyğun mərasimlərin keçirilməsini tövsiyə etmişdir. İnsanlarımız da bu tövsiyənin mahiyyətinə varıb, İslama zidd davranışlarından çəkinməlidirlər. Yas mərasimlərində müqəddəs kitabımız Qurani-Kərimin qiraət olunması, başsağlığına gələnlərə daha çox mənəviyyatı zənginləşdirən, insanlara İslam dininin əsaslarını öyrədən təbliğatın yer alması, insanlarımızı dini cəhətdən maarifləndirən söhbətlərin aparılması məqsədəuyğundur”, - deyə E.Kərimova vurğulayıb.
Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin İslam elmləri kafedrasının müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Qoşqar Səlimli isə bildirib ki, bu gün cəmiyyətimizdə bəzi əlamətlərinin, bir növ, adət-ənənəyə çevrildiyi yas mərasimləri ilə bağlı kifayət qədər problemlər var və mövcud nöqsanların aradan qaldırılması vacibdir: “Təəssüflər olsun ki, ölkəmizdə yas mərasimlərində müşahidə edilən bir sıra hallar nə İslam dini qaydaları, nə də milli-mənəvi dəyərlərimizə uyğundur. Başqa sözlə, İslam dini ilə əlaqəsi olmayan bu halların tarixi keçmişimizlə də bağlılığı yoxdur. Eyni zamanda, israfçılıq kimi mənfi hallar ayrı-ayrı şəxslərin maddi durumuna neqativ təsir göstərir, həm də bütövlükdə, cəmiyyətdə mənfi nümunənin yaranmasına səbəb olur. Maddi imkanı qənaətbəxş olmayanlar da bu kimi nümunələri görərək israfçılığa yol verirlər ki, bu, qəbuledilməzdir”.
BDU-nun İlahiyyat fakültəsinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov da vurğulayıb ki, hazırda Azərbaycan cəmiyyətində yas mərasimlərində rast gəlinən israfçılıq halları İslam dini qaydaları və ənənələrinə uyğun deyil, sadəcə olaraq, cəmiyyət daxilində mənfi bir ənənə kimi formalaşıb: “İslam dini ənənələrinə nəzər salsaq, qeyd edə bilərik ki, Məhəmməd peyğəmbər (s.ə.s) dövründə belə bir nümunə olub ki, yas evinə qonşuların, qonaqların özləri yemək apararmışlar. Çünki nəzərə alınarmış ki, yaxınlarını itirmiş insanlar kədərlidirlər, bu səbəbdən onlara hər mənada dəstək olmaq lazımdır. Amma bu gün buna tam əks tendensiya nəzərə çarpır. Yası olan insan başqalarına ehsan verir, üstəlik, burada çox ciddi israfçılıq nəzərə çarpır”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

