Erməni silahlı birləşmələrinin törətdikləri təxribatla əlaqədar cinayət işi başlanılıb
05.04.2016 [10:16]
Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüququn tələbləri kobud şəkildə pozularaq, Azərbaycanın cəbhəboyu, həmçinin təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri və mülki obyektlər iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutulur.
Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, aprelin 2-də törədilmiş növbəti belə təxribat və diversiya aktları nəticəsində mülki əhalinin milli zəmində düşmənçilik niyyəti ilə qəsdən öldürülməsi, öldürülməsinə cəhd olunması, vətəndaşlara məxsus əmlakın məhvi ilə müşayiət olunan xüsusilə ağır və ağır cinayət əməlləri qeydə alınıb. Dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətəndaşlara külli miqdarda maddi və mənəvi ziyan vurulub. Bir orta məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin artilleriya zərbələrinə tuş gəlib, nəqliyyat vasitələri, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb.
Həmin gün saat 08 radələrində Tərtər rayonunun Qarağacı kəndi ərazisinə atılmış mərmilərdən biri kənddə məskunlaşmış Rəhimov Cəlal Saday oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Rəhimov Orxan Valeh oğlu hər iki ayağını itirərək qanaxmadan yerindəcə ölüb. Avtomobilin sürücüsü Cəlal Rəhimov və yaxınlıqda olan 1990-cı il təvəllüdlü Əhmədov Ramin Rafiq oğlu çoxsaylı qəlpə yaraları alıblar.
Saat 12.00 radələrində düşmənin artilleriya atəşləri nəticəsində mərmilərdən biri də həmin qəsəbədə məskunlaşmış Əhmədov İsa Əli oğlunun yaşadığı mənzilə düşüb. Çoxsaylı qəlpə yaraları alan İ.Əhmədov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Saat 19:20 radələrində rayonun Şıxarx qəsəbəsi ərazisinə atılmış mərmilərdən biri də 1987-ci il təvəllüdlü Əliyev Sadiq Natiq oğlunun idarə etdiyi “Niva-2121” markalı avtomobilin üstünə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1992-ci il təvəllüdlü Əsədli Fərman Elçin oğlu çoxsaylı qəlpə xəsarətləri alaraq qanaxmadan ölüb. Sürücü və digər sərnişin, 1982-ci il təvəllüdlü Rəhimov Mübariz Vaqif oğlu çoxsaylı qəlpə yaraları alıblar.
Saat 20.00 radələrində yaşadığı evin yaxınlığında erməni hərbi birləşmələrinin atdığı top mərmisinin partlaması nəticəsində Ağdam rayonunun Əfətli kənd sakini, 1953-cü il təvəllüdlü Hüseynov Cümşüd İslam oğlu bel nahiyəsindən ağır xəsarət alıb və o, dərhal xəstəxanaya yerləşdirilib.
Saat 21.00 radələrində Seydimli kəndi ərazisinə atılmış mərmilərdən biri kənd sakini, 1951-ci il təvəllüdlü Vəliyev Vahid Vəli oğlunun yaşadığı mənzilə düşərək onu və azyaşlı nəvəsi, 2003-cü il təvəllüdlü Sənan Vəlizadəni ağır yaralayıb.
Aprelin 2-də Goranboy rayonunun Qarqucaq kənd sakini, 1938-ci il təvəllüdlü İbrahimov Əbdüləzim Mürsəl oğlu və Tapqaraqoyunlu kəndində yaşayan 1974-cü il təvəllüdlü Allahverdiyev Abbas Şiraslan oğlu da düşmənin atdığı mərmiyə tuş gələrək ağır yaralanıblar.
Ermənistan silahlı qüvvələri tərəfindən atılmış mərmilərdən biri də Tərtər şəhər sakini, 1949-cu il təvəllüdlü Kruqlova Olqa İvanovnanın yaşadığı mənzili tamamilə dağıdıb.
Göstərilən bütün faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq aparılır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qarşıya qoyduğu tapşırıqların icrası, həmçinin döyüş əməliyyatları aparılan rayonların ərazisində ictimai asayişin qorunması, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün hüquq mühafizə orqanları tərəfindən bütün tədbirlər görülür, əməliyyat şəraiti nəzarətdə saxlanılır.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58

