Şəhid atası Vətən uğrunda canından keçən övladı ilə qürur duyur
08.04.2016 [09:37]
Cəbhənin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan “N” saylı hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Bayramov Şülan Bayram oğlu doğulduğu Sumqayıt şəhərində aprelin 7-də son mənzilə yola salınıb.
AZƏRTAC xəbər verir ki, Sumqayıt sakinləri qəhrəman oğlunu böyük qürur və iftixar hissi ilə dəfn etmək üçün küçələrə axışıblar. Gənclər şəhidlərimizin intiqamını almağa, ön cəbhəyə gedib doğma torpaqlarımızı azad edənədək vuruşmağa hazır olduqlarını bildiriblər.
Şəhidin evindən Sumqayıtdakı Şəhidlər xiyabanınadək “Şəhidlər ölməz, Vətən bölünməz”, “Yaşasın Qarabağ, yaşasın Azərbaycan!”, “Qarabağ bizimdir, bizim olacaq” kimi şüarlar səsləndirilib.
Sumqayıt şəhər İcra Hakimiyyətının başçısı Zakir Fərəcovun, Milli Məclisin deputatlarının, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, ictimaiyyət nümayəndələrinin, şəhər sakinlərinin də iştirak etdiyi vida mərasimində çıxış edənlər Silahlı Qüvvələrimizin şəhid olan hərbi qulluqçularına Allahdan rəhmət diləyib, cəbhəboyu mövqelərimizin və yaşayış məntəqələrinin atəşə tutulmasından, düşmənə verilən layiqli cavabdan bəhs ediblər.
Şəhidin atası Bayram Bayramov övladının Vətən uğrunda şəhid olmasından qürur duyduğunu deyib. Qardaşı, hazırda əsgər olan Turan Bayramov və yaxınları Şülanı vətənsevər, mərd, cəsur bir gənc kimi tanıdıqlarını bildirib, xatirələrini paylaşıblar.
Şəhidin cənazəsi minlərlə sumqayıtlının, vətənpərvər gənclərin izdihamlı müşayiəti ilə Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Şəhid əsgər yaylım atəşi altında dəfn edilib. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18

