/ / Bakıda “Milli mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib
Bakıda “Milli mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib
13.04.2016 [09:59]
Aprelin 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Milli mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun rəsmiləri, eləcə də Komitənin əməkdaşları, YAP Gənclər Birliyinin üzvləri, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin və Bakı İslam Universitetinin tələbələri, ziyalılar və gənclər iştirak ediblər.
Komitə sədrinin müavini Gündüz İsmayılov çıxış edərək bildirib ki, bu günlərdə cəbhə xəttində baş verən hadisələrdən sonra belə bir konfransın keçirilməsi təsadüfi sayıla bilməz. Əslində, cəbhədə baş verənlər Azərbaycan ordusunun və Azərbaycan gəncliyinin əzmkarlığını nümayiş etdirdi: “Bu hadisə həm Azərbaycan ordusunun nəyə qadir olduğunu, həm xalqımızın monolitliyini, həm Ali Baş Komandanın ətrafında sıx birləşməsini, həm də Azərbaycan gəncliyinin mübarizliyini və vətənpərvərliyini bir daha təsdiqlədi. Gənclərimizin nümayiş etdirdikləri vətənpərvərlik tədqirəlayiqdir və bu onu göstərir ki, Azərbaycan gəncliyi işğal olunmuş torpaqlarımızı azad etməyə mənəvi-psixoloji baxımdan tam hazırdır”.
Qeyd edilib ki, milli-mənəvi dəyərlər ruhunda formalaşmayan gənclik vətənpərvər ola bilməz. Çünki vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir. Bu baxımdan, son hadisələr Azərbaycan gəncliyinin həm də milli mənəvi dəyərlərimizə sadiqliyini nümayiş etdirdi. Vurğulanıb ki, milli-mənəvi dəyərlərimizin təbliği həm də radikalizmlə mübarizə çərçivəsində önəmli amillərdən biridir. Son hadisələr bir daha göstərdi ki, bizim savaşacağımız yer də, şəhid olacağımız məkan da Qarabağdır, cənnətə gedən yolumuz da Qarabağdan keçir.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, cəbhədə baş verən hadisələr zamanı bizlər Azərbaycan gəncliyinin nə qədər vətənpərvər olduğunun şahidi olduq: “Nəinki Azərbaycanın daxilində yaşayan bizim gənclərimiz, eləcə də ölkəmizin hüdudlarından kənarda yaşayan gənclərimiz də monolitlik göstərdilər. Beləcə, onlar Prezidentimizin aparmış olduğu siyasəti tam dəstəklədilər. Onlar Vətənləri, torpaqları üçün son damla qanlarını belə verməyə hazır olduqlarını bildirdilər. Həqiqətən biz belə gənclərimizlə, partiyamızın üzvləri və Azərbaycan vətəndaşları ilə fəxr edirik”.
Sonra Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılovun “Müasir gənclik və Vətənə məhəbbət”, Bakı Dövlət Universitetinin müəllimi Aqil Şirinovun “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Hikmət Babayevin “Multikultural cəmiyyətdə ortaq dəyər: Vətən uğrunda vəhdət” mövzularında məruzələri dinlənilib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ramin Məmmədov məruzələr ətrafında çıxış ediblər.
Diqqətə çatdırılıb ki, tərəflər arasında atəşkəsin imzalanmasından 22 il keçməsinə baxmayaraq, bugünkü gəncliyin döyüş ruhu və fədakarlığı ölkə rəhbərliyinin gənclər siyasəti və kursunun doğruluğunu bir daha təsdiqləyir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

