Bakı Atatürk Liseyində şəhidlərimizin xatirəsi yad edilib
16.04.2016 [10:43]
Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində aprelin əvvəllərində təmas xəttində Ermənistanın silahlı birləşmələrinin təxribatının qarşısının alınması zamanı şəhid olmuş qəhrəman hərbçilərimizin anım mərasimi keçirilib. Mərasim iştirakçıları öncə şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının şəxsi heyət üzrə müavini, polkovnik Elşad Pənahov və bu qurumun digər yüksəkrütbəli şəxsləri, həmçinin son döyüşlər zamanı şəhid olmuş hərbi pilot, mayor Təbriz Musazadənin pilot yoldaşları, şəhidimizin ailə üzvləri, digər qonaqlar iştirak ediblər. Qeyd edək ki, şəhid pilot Təbriz Musazadənin iki övladı Tayfun və Onur həmin liseydə təhsil alırlar.
Tədbirdə çıxış edən liseyin direktoru Ali Devrim şəhidlərimizin döyüş meydanında misilsiz qəhrəmanlıqlar göstərdiklərini, düşmənə ağır zərbələr endirdiklərini bildirib. Onların əziz xatirəsinin hər zaman uca tutulacağını deyən Ali Devrim məlum döyüşlər zamanı şəhid olan igidlərimiz arasında liseyin şagirdləri Tayfun Musazadə və Onur Musazadənin ataları mayor, pilot Təbriz Musazadənin də olduğunu diqqətə çatdırıb. Ali Devrim şəhidin övladlarının onlar üçün əmanət olduğunu və bu əmanəti göz bəbəyi kimi qoruyacaqlarını söyləyib.
Direktor, eyni zamanda, Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqanın mesajlarını çatdırıb. A.Devrim qeyd edib ki, bu gündən etibarən Tayfun və Onurun bütün təhsil haqları, yəni təkcə orta məktəbdə deyil, eyni zamanda, gələcəkdə ali məktəbdə təhsil aldıqları müddətdə təhsil xərcləri Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən ödəniləcək.
Mərasimdə çıxış edən şəhid Təbriz Musazadənin pilot yoldaşları və digər natiqlər də şəhidlərin ruhunu ehtiramla yad edib, onların qəhrəmanlıqlarından danışıblar.
Sonda liseyin şagirdləri Vətənə, onun qəhrəman oğullarına həsr olunmuş şeirlər səsləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

