Cəbhə bölgəsinin sakinləri: Tezliklə qələbə qazanacağımıza inanırıq
05.05.2016 [09:55]
Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın qoşunların təmas xəttində yerləşən Tərtər və Ağdam rayonlarına səfərləri, hərbçilərlə və sakinlərlə görüşləri, erməni silahlı qüvvələrinin atəşi nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı dövlətimizin başçısının Sərəncam imzalaması cəbhəyanı kəndlərdə yaşayan insanlarda böyük ruh yüksəkliyi yaradıb. Düşmənlə üz-üzə yaşayan kəndlərin əhalisi bir daha əmin oldu ki, dövlətimizin başçısı hər zaman onların, Vətənimizin müdafiəsində dayanan əsgər və zabitlərin yanındadır.
AZƏRTAC-ın müxbiri cəbhə xəttində yerləşən kəndlərin sakinləri ilə görüşüb.
Tərtər rayonunun Qapanlı kənd sakini Abbas Abbasov deyib: “Prezidentimizin xanımı ilə birlikdə kəndimizə gəlməsi, bizimlə görüşməsi bütün kənd sakinlərində böyük ruh yüksəkliyi yaradıb. Dövlətimizin başçısı bizimlə görüşdə bildirdi ki, dağılmış evlərin hamısı bərpa ediləcək. Səfərdən dərhal sonra isə əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Sərəncam verildi. Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm ki, düşmənlə təmas xəttində yaşayan insanları sevindirdilər”.
Ağdam rayonu Qaradağlı kənd sakini Rəhman Zeynalov isə bildirib: “Kəndimiz təmas xəttinin bir neçə kilometrliyində yerləşir. Düşmən bir neçə gün əvvəl kəndimizi artilleriya atəşinə tutub. Nəticədə xeyli ev dağılıb və zərər çəkib. Buna baxmayaraq, hamımızda döyüş ruhu var. Tezliklə qələbə qazanacağımıza inanırıq. Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfər edərək, hərbçilərlə və əhali ilə görüşməsi bu inamı daha da artırıb”.
Cəbhə kəndinin digər sakini Hilal İbrahimov isə deyib: “Prezidentimizin cəbhə bölgəsində sakinlərlə görüşməsi, səfərdən dərhal sonra, düşmən təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın aradan qaldırılması ilə bağlı Sərəncam verməsi bir daha dövlətimizin başçısının hər bir vətəndaşa, xüsusilə cəbhə bölgəsində yaşayan insanlara diqqət və qayğısının, problemlərinə həssaslıqla yanaşmasının göstəricisidir. Biz - cəbhə bölgəsinin sakinləri bunu yüksək qiymətləndirir, belə bir çətin vaxtda yanımızda olduğu üçün dövlətimizin başçısına minnətdarlığımızı bildiririk”.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və xanımı Mehriban Əliyevanın qoşunların təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında yerli sakinlərlə və ön xətdə xidmət edən hərbçilərimizlə görüşməsinin nəinki orduda, bütün cəmiyyətdə ruh yüksəkliyinin artmasına səbəb olması barədə fikirlərini AZƏRTAC ilə bölüşən Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə deyib: “Ali Baş Komandanın bu addımı bütün xalqımız, o cümlədən hərbçilər tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanıb. Prezident İlham Əliyev tərəfindən həm cəbhə bölgəsində əhalinin problemlərinin öyrənilməsi, həm də ruh yüksəkliyi baxımından səfərin əhəmiyyəti böyükdür. Prezident İlham Əliyev yüksək iradə nümayiş etdirib ön xətdə əsgər və zabitlərimizlə görüşərək daim onların yanında olduğunu bir daha sübut etdi. Bu, böyük qəhrəmanlıqdır. Bütün bunlara görə əsgər və zabitlərimiz ön xətdə xidmət etməkdən qürur duyurlar. Prezident İlham Əliyevin, həmçinin ermənilərin artilleriya atəşləri nəticəsində yaralanan mülki vətəndaşlarımıza baş çəkərək onların vəziyyəti ilə maraqlanması bir daha sübut etdi ki, dövlətimizin başçısı daim Azərbaycan vətəndaşlarının yanındadır, onların diqqət və qayğısına qalır”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

